Accessibility links

800 min insan İsrailin hərbi əməliyyatları fonunda Rəfahdan qaçır


BMT-nin fələstinli qaçqınlar üzrə agentliyinin (UNRWA) başçısının bildirdiyinə görə, iki həftə öncə İsrail ordusunun quru əməliyyatı başlayandan bəri Qəzzanın cənubundakı Rəfah şəhərindən təxminən 800 min insan qaçıb.

UNRWA rəhbəri Filip Lazzarini X sosial media saytında yazıb ki, daha öncə didərgin düşən insanlar indi də Rəfahdan qaçaraq, “orta ərazilərə və Xan Yunisə, o cümlədən dağılan binalara” doğru gedirlər.

Lazzarini deyib ki, insanlar su və ya adekvat sanitar şəraiti olmayan yerlərə, o cümlədən sahilyanı Əl-Məvasi qəsəbəsi və Deir əl-Balah şəhərinə qaçırlar ki, oralar yaxın zamanda didərgin düşən insanlarla doludur.

İsrailin ən yaxın müttəfiqi Birləşmiş Ştatlar 1.4 milyon fələstinli mülki vətəndaşın sığındığı Rəfahda əməliyyatların genişlənməsinə etirazını ifadə edib.

Ərazidəki AFP müxbirlərinin bildirdiyinə görə, şənbə günü Rəfahda ağır döyüşlər və quru və havadan bomba hücumları müşahidə olunub, İsrail HƏMAS militantlarına qarşı hücumunda ərazi ələ keçirib.

İsrail Rəfahda “terrorçulara və infrastruktura qarşı” və Qəzzanın şimalında Cəbəliyədə yenidən üzə çıxan HƏMAS militantlarına qarşı “dəqiq əməliyyatlar” həyata keçirir.

İsrail qoşunları və tankları şənbə günü Qəzza zolağının səkkiz tarixi qaçqın düşərgəsindən biri olan Cəbəliyəyə daxil olub. Nəticədə 15 fələstinli ölüb, onlarla insan yaralanıb.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan səhiyyə nazirliyi və Mülki Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, komandalara mümkün tələfatlarla bağlı zənglər gəlib, amma onlar qurudan hücuma və havadan bombardmana məruz qaldıqları üçün cavab verə bilməyiblər.

“İsrail Hava Qüvvələri Qəzza zolağında əməliyyatını davam edir və son bir gündə 70-dən çox terror hədəfini, o cümlədən silah anbarları, hərbi infrastruktur obyektləri, İsrail Müdafiə Qüvvələrinə təhlükə yaradan terrorçuları və hərbi komplekslərə zərbələr endirib,” ordu bəyanatında bildirib.

İsrail mediasının bildirdiyinə görə, ordu son hücumlar zamanı əldə edilən kəşfiyyat məlumatlarının nəticəsində HƏMAS militantlarının 7 oktyabr hücumu zamanı girov götürdüyü 250-yə yaxın adamdan birinin cəsədini tapdığını açıqlayıb.

Ordu bildirib ki, Ron Binyaminin qalıqları cümə günü cəsədlərinin tapıldığı bildirilən digər üç girovun yanında tapılıb. Ordu əlavə məlumat verməyib.

HƏMAS dərhal şərh verməyib.

HƏMAS-ın silahlı qanadı İslami Cihad və Fətha ilə birlikdə Cəbəliyyə və Rəfahda İsrail qüvvələrinə tank əleyhinə raketlər, minaatanlar və bəzi yollara yerləşdirilmiş partlayıcı qurğularla hücum etdiklərini, və çox sayda əsgəri ölürüb və yaraladığını bildirib.

İsrail ordusu bildirib ki, Qəzzaya oktyabrın 20-də ilk qurudan müdaxilədən bəri döyüşlərdə 281 əsgərin öldürüldüyünü bildirib.

Müharibə HƏMAS-ın oktyabrın 7-də, İsrail rəsmilərinin bildirdiyinə görə, 1200 nəfərin ölümü, təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb. HƏMAS ABŞ, Birləşmiş Krallıq və başqa ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.

İsrailin cavab olaraq Qəzzaya əks-hücumu nəticəsində, səhiyyə nazirliyinin məlumatına görə, 35 mindən çox fələstinli öldürülüb.

Yardım agentlikləri dəfələrlə anklavda geniş yayılmış aclıq və yanacaq və tibbi ləvazimat çatışmazlığı barədə xəbərdarlıq ediblər.

Forum

XS
SM
MD
LG