Periferik arteriya xəstəliyi və ya damar tıxanması ağrılı xəstəlikdir. Bu, xolesterol və digər yağlar damarda yığılıb, oradakı qan axınının qarşısını alanda baş verir. Xəstəlik piylənmə, şəkər xəstəliyi və siqarət çəkməklə əlaqəlidir və çox ağrılı ola bilir. Xəstəliyin ən effektiv müalicə yollarından biri isə hərəkət etməkdir.
Periferik arteriya xəstəliyində ayaqları qan ilə təmin edən damarlar tıxanır. Bu xəstəlikdən əziyyət çəkən insanlar yeriməkdə çətinlik çəkirlər. Onlar çox vaxt baldır əzələlərində ağrı, gərginlik, yanma hissi ya da zəiflik hiss edir.Dr. Meri Makdermot
Futbol oyunu sırasında kiçik xəsarət alan uşaqlara valideyindləri və məşqçiləri ayağa qalıxıb bir az yeriməyi söyləyir.
Belə görünür ki, daha ciddi periferik arteriya xəstəliyindən əziyyət çəkən insanlar üçün də yerimək çox faydalıdır.
“Periferik arteriya xəstəliyində ayaqları qan ilə təmin edən damarlar tıxanır. Bu xəstəlikdən əziyyət çəkən insanlar yeriməkdə çətinlik çəkirlər. Onlar çox vaxt baldır əzələlərində ağrı, gərginlik, yanma hissi ya da zəiflik hiss edir", deyə Northwestern universitetindən Dr. Meri MakDermott bildirir.
Periferik arteriya xəstəliyi son dərəcə ağrılı olur və insanı zəiflədir.
“Baldırıımdan ombama kimi hər yerim ağrıyır”, deyə xəstəlikdən əziyyət çəkən Rita Driskol bildirir.
“Ağrılar dözülməz idi”, periferik arteriya xəstəsi Zella Kolman deyir.
Birləşmiş Ştatlarda xəstəliyin əməliyyat yolu ilə müalicəsi illik 4 milyard dollara başa gəlir.
Amma indi qaçış zolağının da əməliyyat kimi effektiv olduğu aşkar olunub.
“Bu, təsiri olan çox az sayda müalicə yollarından biridir və bu, pasientərin effektiv müalicəyə çıxışını artıracaq”, deyə Dr. Meri MakDermott bildirir.
Proqramdam faydalanan insanların həyatları dəyişə bilər.
“Bilirsiniz, bu proqramın sonunda bizə yeni həyat bəxş olunacaq. Mən əvvəllər etdiyim şeyləri edə biləcəm və özümü də daha yaxşı hiss edəcəyimdən əminəm. Amma bunun üçün bir az əmək sərf etmək lazımdır. Yaxşı nəticələr əldə edə bilmək üçün, bunu ürəkdən istəməlisən”, Zella Kolman söyləyir.
Dörd ay davam edən bu proqramdan sonra Zella Koleman yenidən yeriyə bilir. İndi artıq o, məhəlləsində ağrı çəkmədən gəzə bilir.