Accessibility links

Peruda dəhşətli avtobus qəzası baş verib


Peru polisinin verdiyi məlumata görə, paytaxt Lima yaxınlığında sərnişin avtobusunun qayadan düşməsi nəticəsində ölən insanların sayı 48-ə çatıb.

Polis bildirir ki, 50 sərnişini daşıyan avtobusu çərşənbə günü arxadan yük maşını vurub və nəticədə avtobus yoldan çıxaraq qayadan Sakit okeanı sahilinə düşüb.

Xilasedicilər gecə boyu cəsədləri çıxarmağa çalışıb. Rəsmilər qəza nəticəsində azı altı nəfərin xəsarət aldığını bildirir.

Qəza yolun “Şeytanın döngəsi”adlı təhlükəli hissəsində baş verib.

XS
SM
MD
LG