Accessibility links

Perunun həbsdə olan sabiq prezidenti xəstəliyi səbəbilə azadlığa buraxıla bilər


Peru prezidenti bildirir ki, həbsdə olan sabiq prezident Alberto Fucimoriyə sağlamlıq səbəbilə əfv vermək qərarı çox güman “bu ilin sonundan öncə” veriləcək.

Prezident Pero Pablo Kuçinski cümə günü yerli radio stansiyasında deyib ki, keçmiş liderin cinayətləri əfv olunmayacaq, o, sadəcə həkimlərinin məsləhəti fonunda azadlığa buraxılacaq.

Eks-prezident cümə günü qeyri-normal ürək döyüntüsü və hipertoniya səbəbilə xəstəxanaya yerləşdirilib.

78 yaşlı Fucimori insan haqları pozuntuları, korrupsiya və hakimiyyətdə olduğu dövrdə ölüm qruplarına icazə vermək ittihamlarına görə 25 il müddətinə həbs olunub.

Cümə günü etirazçılar küçələrə axışaraq, Kuçinskini Fucimorini əfv etməməyə çağırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG