Accessibility links

Peru prezidenti Konqresdən korrupsiya ilə əlaqədar xüsusi sessiyanın keçirməsini istəyib


Peru prezidenti müxalifətin üstünlük təşkil etdiyi Konqresdən bu həftə onun korrupsiya əleyhinə təklif etdiyi ölçüləri müzakirə etmək üçün xüsusi sessiyanın keçirməsini istəyib.

Prezident Martin Vizkarra bazar günü axşam televiziyada bu barədə bəyanatla çıxış edərək Konqresi onun kabinetinə etimad səsi verməsini istəyib.

Qanunvericilər kabinetə etimad səsi vermədiyi təqdirdə Vizkarra Peru konstitusiyasına görə, Konqresin fəaliyyətini dayandırmaq səlahiyyətindən istifadə edə bilər.

Vizkarra mart ayında Pedro Pablo Kuçinski korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən istefa verdikdən sonra hakimiyyətə gəlib.

Lakin analitiklər hakimlərin siyasətçilərlə məhkəmə proseslərini həll etmək qarşılığında rüşvət verilməsini müzakirə etmələri barədə bir neçə video yayıldıqdan sonra qanunvericilərin prezidentin təklifini qəbul edəcəklərini düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG