Accessibility links

Peruda keçmiş prezidentin əfv edilməsi ilə bağlı etirazlar davam edir


Nümayişçilər keçmiş prezident Alberto Fujimorinin əfv edilməsi qərarına etiraz edir. 26 dekabr,2017. Lima, Peru.
Nümayişçilər keçmiş prezident Alberto Fujimorinin əfv edilməsi qərarına etiraz edir. 26 dekabr,2017. Lima, Peru.

Perunun hazırkı prezidenti insanlığa qarşı cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş prezident Alberto Fujimorini əfv etdiyi üçün etiraz edən minlərlə nümayişçini sülhə çağırıb.

Pablo Kuçinski bazar ertəsi yayımlanan çıxışında bildirib ki, tibbi səbəblərdən verdiyi əfv qərarı həyatının ən çətin qərarlarından biri olub.

"Gəlin nifrətdən əl çəkib, ölkənin fəlakətə sürüklənməsinin qarşısını alaq. Keçmişi arxada qoyaraq gələcəyimiz üçün birlikdə işləyək. Gənc perulular, bu sizin gələcəyinizdir”, Pablo Kuçinski bildirib.

Perunun paytaxtında yerləşən və 79 yaşlı Fujimorinin müalicə aldığı xəstəxananın qarşısında Kuçinskinin əfv qərarından hiddətlənən nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.

Bazar ertəsi Lima küçələrində etiraz edən bəzi nümayişçilər keçmiş prezidentin əfv edilməsini kobud siyasi razılaşma adlandırıblar.

Pablo Kuçinski əfv qərarına haqq qazandırmaq üçün Fujimorinin müalicə olunmayan xəstəlikdən əziyyət çəkməsini səbəb gətirib.

Bəzi perulular Maoist üsyancılarla mübarizəsinə görə Fujimoriyə heyran olsa da, tənqidçilərin bir çoxu onu korrupsiyaya bulaşmış diktator hesab edir.

XS
SM
MD
LG