Accessibility links

Pərviz Yari: Aclıq aksiyası haqsızlığa məruz qalan və ümidi hər yerdən üzülən məhbusun son silahıdır


Jurnalist Pərviz Yari Amerikanın Səsinə müsahibədə tanınmış milli fəal Abbas Lisani və bir neçə digər siyasi məhbusun həbsxana rəsmiləri tərəfindən təzyiqlərə etiraz olaraq keçən həftə keçirdikləri aclıq aksiyası haqqında danışıb. Onun bildirdiyinə görə, "İran hakimiyyəti mədəni fəalları incitmək üçün həm küçələr, həm də həbsxanalarda quldur cinayətkarlardan istifadə edir".

Pərviz Yari həbsxanalarda saxlanma şərati və tanınmış milli mədəni fəallara təzyiqlərin artırılması üçün həbsxana rəhbərliyi tərəfindən atılan addımları şərh edib.

Aclıq aksiyası ümidi hər yerdən üzülən bir məhbusun son silahıdır. Ancaq bu silahdan zamanında yararlanmaq gərəkir. Abbas Lisani çox təcrübəli bir siyasi və mədəni fəaldır. Onun seçkilər zamanı aclıq aksiyasına başlaması təsirli idi.


“Ərdəbil həbsxanasının rəhbərliyi siyasi məhbuslara təzyiqləri artırmaq üçün təhlükəli ağır cinayət məhbusunu 7-ci bölməyə, yəni siyasi məhbusların bölməsinə köçürmüşdü. Bu məhbus 7-ci bölməyə girdiyindən bəri təhdidlər və şifahi toqquşmalarla Abbas Lisani və başqa siyasi məhbusları incitməyə başladı. Abbas Lisani bu yaşananlara etiraz olaraq aclıq aksiyasına başladı və açıq bir məktub yazaraq problemin çözülmədiyi təqdirdə quru (susuz) aclığa başlayacağını bildirdi,” jurnalist bildirir.

Abbas Lisaninin aclığa başlamasından sonra Ərdəbil və Tehran həbsxanalarında saxlanılan 7 digər siyasi məhbus da ona dəstək olaraq açlıq aksiyasına başladılar.

Keçən 20 il içərisində İran rejiminin siyasəti bu olub ki, bu cinayətkar və quldur şəxslərdən yaralanaraq küçələrə etiraza çıxan xalqı basdırır. Bəzilərindən də həbsxanalarda siyasi məhbusları incitmək üçün yararlanır.

Pərviz Yarinin dediklərinə əsasən, aksiyanın 3-cü günündə Lisani və digər 7 siyasi məhbus tələblərinin Ərdəbil mərkəzi həbsxanasının məsulları tərəfindən qəbul edilməsindən sonra aclığa son qoyublar.

Jurnalist bu növ olayların daha əvvəl də baş verdiyini vurğulayır.

Onun sözlərinə görə, “bu, yalnız həbsxanalarda yaşanmır. Keçən 20 il içərisində İran rejiminin siyasəti bu olub ki, bu cinayətkar və quldur şəxslərdən yaralanaraq küçələrə etiraza çıxan xalqı basdırır. Bəzilərindən də həbsxanalarda siyasi məhbusları incitmək üçün yararlanır. Həbsxanada məsullar bu quldurlara bir sıra imtiyazlara tanıyaraq onları siyasi məhbuslara qarşı qışqırdırlar.”

Yari aclıq aksiyasını öz hüquqlarını tələb edən məhbusların son silahı olduğunu ifadə edir.

“Bilirik ki, aclıq aksiyası haqsızlığa məruz qalan və ümidi hər yerdən üzülən bir məhbusun son silahıdır. Ancaq bu silahdan zamanında yararlanmaq gərəkir. Abbas Lisani çox təcrübəli bir siyasi və mədəni fəaldır. Onun seçkilər zamanı aclıq aksiyasına başlaması təsirli idi. Həm zamanlaması təsirli idi, həm də ki, keçmiş siyasi məhbuslar, mədəni fəallar və sosial media istifadəçilərindən də çox dəstək gəldi. Bunlar çox təsirli idi,” deyə jurnalist əlavə edir.

XS
SM
MD
LG