Kreml bildirir ki, Rusiya qazının pulunu rublla ödəməyə məcbur edən yeni qaydalara əməl etməyən ölkələrin tədarükləri kəsiləcək.
Martın 28-də axşam saatlarında ABŞ-ın ictimai yayımı olan PBS tele kanalına müsahibə verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, o, təsirə məruz qalan ölkələrin rublla ödənişdən imtina edəcəyi halda nə baş verəcəyindən əmin olmasa “biz nə edə biləcəyimizə baxarıq”.
“Əlbəttə, biz xeyriyyəçilik edib Qərbi Avropaya pulsuz qaz göndərmək fikrində deyilik”, o qeyd edib.
Problem prezident Vladimir Putinin keçən həftə Rusiya mərkəzi bankı, hökumət və dövlətin nəzarətində olan Qazprom enerji şirkətinin martın 31-dək “dost olmayan ölkələr”, o cümlədən Avropa İttifaqının bütün dövlətlərindən qaz ödənişlərinin rubl ilə alınması ilə bağlı təkliflərini təqdim etməsi haqda verdiyi göstərişdən qaynaqlanır.
Putinin bu addımı Qərbin Moskvaya qarşı əsassız olaraq Ukraynaya müdaxiləsinə görə tətbiq etdiyi sanksiyalara cavab olaraq atılıb.
İqtisadiyyatı inkişaf etmiş ölkələrin Böyük Yeddilər qrupu Kremlin tələbini rədd etməyə razılaşıb və bunun "mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması" olacağını bildirib.
Özü də Qərbin sanksiyalarına məruz qalan Peskov həmçinin deyib ki, Putin Rusiyanın mövcudluğuna qarşı hər hansı təhlükəyə cavab olaraq nüvə silahının mümkün istifadəsindən danışsa da, “heç kim nüvə silahından istifadə barədə, hətta bu ideya haqqında belə düşünmür”.
Bundan əlavə, Peskov jurnalistlər, tədqiqatçılar və sosial şəbəkələrin yaşayış binaları, ticarət mərkəzləri, xəstəxanalar və digər mülki hədəflərin geniş şəkildə dağıdılmasını göstərən çoxlu sübutlarına baxmayaraq qeyd edib ki, Rusiya ordusu Ukraynada müharibədə mülki insanları hədəf almır.