Accessibility links

Pharrell Williams Bakıda azadlıqdan danışıb [video]


Tanınmış müğənni Pharrell Williams Bakıda “Formula-1” yarışmasının sonuncu günü çıxış edərkən azadlıq çağırışları edib. “AzadlıqRadiosu” “Hüquqlar uğrunda İdman” koalisiyasına istinadən bildirir ki, bu, həmin koalisiyanın müğənninin menecmentinə göstərdiyi təzyiqin sayəsində mümkün olub.

NİDA-ÇILARI NƏZƏRDƏ TUTUR?

Müğənni deyib ki, Azərbaycanda gənclər gələcəkdə dəyişiklik edəcəklər və “onları heç kəs dayandıra bilməz”.

“Bakıdakı bu coşqun çıxış “Hüquqlar uğrunda İdman” koalisiyasının xahişinə cavabdır. Koalisiya müğənnidən xahiş etmişdi ki, “Formula-1” Avropa Qran-prisindəki çıxışında insan haqlarından danışsın”,koalisiyanın yaydığı pres-relizdə deyilir.

Koalisiya xatırladır ki, UNESCO-nun Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı mükafatı laureatı, AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılova da bir gün öncə “The Washington Post” qəzetində dərc olunmuş məqaləsiylə Pharrell-in səsinə səs qatmışdı.

Qurum bildirir ki, fəallar Pharrell-in «gənclər» deməklə, Azərbaycanda “korrupsioner hakim rejim”ə qarşı çıxmış NİDA-çı gəncləri nəzərdə tutmasına inanır.

“AZADLIQ OXUYUN”

Pharrel Bakıda izləyicilər qarşısında belə deyib: “Azərbaycan gəncliyindən ötrü səs-küy qaldırın! Bu gözəl uşaqlar gələcəkdirlər! Gələcək onlardır! Onlar böyüyəndə təkcə buranı deyil, bütün dünyanı dəyişəcəklər və onları heç kəs dayandıra bilməyəcək. Onların yoluna heç kəs çıxa bilməz”.

Pharell daha sonra deyib: “Bu gecə burada “Azadlıq” mahnısını gəlin birlikdə oxuyaq. Sizi dua etməyə çağırıram… dua edin ki, bu uşaqlar böyüyüb təkcə bu ölkədə deyil, bütün dünyada dəyişiklik etsinlər… “Azadlıq» oxuyun! Azadlıq!”.

“PHARRELL-İ EŞİDİN”

“Hüquqlar uğrunda İdman” koalisiyasından Rebecca Vincent deyib: “Pharrell Williams-ın bizim çağırışımıza hay verərək Bakıda səhnədə azadlıqdan danışmasından çox həyəcanlandıq. Ümid edirik ki, həmin konsertdə yüksək səviyyədə təmsil olunmuş Azərbaycan hakimiyyəti Pharrell-in çağırışını eşidəcək və həbsdəki gənc fəalları, onlarla siyasi məhbusu azadlığa buraxacaq”.

“Hüquqlar uğrunda İdman» koalisiyası Azərbaycanda insan haqları pozuntularına işıq salır. Qurum Azərbaycanı dünyada azadlığın ən aşağı səviyyədə olduğu ölkələrdən biri sayır. “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanı mətbuat azadlığına görə 180 ölkə arasında 163-cü yerə qoyub.

Beynəlxalq qurumlar Azərbaycanda 70 «siyasi məhbus»un olduğunu desə də, hakimiyyət bu termini qəbul etmir, ölkədə bütün siyasi hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG