Accessibility links

"Filomena" filmi Oskar mükafatına nominasiya edilib [Video]


"Filomena" filmi Oskar mükafatına nominasiya edilib
please wait

No media source currently available

0:00 0:03:30 0:00
Stefan Frisin Oskar mükafatına nominasiya edilmiş “Filomena” filmi olmuş əhvalat üzərində qurulub. Film 50 il əvvəl hamilə qalan və ailəsi tərəfindən rədd edilərək, yerli monastıra göndərilən irlandiyalı katolik qadın Filomena Linin həyatı haqdadır.

Aktyor Stiv Koqanın oynadığı BBC-nin sabiq müxbiri Martin Siksmit Filomena adlı qadınla raztlaşaraq, ona itmiş oğlunu tağmağa yardım etmək və bu haqda məqalə yazmaq istəyir. Filmdə əsas süjet xətti səyahət boyu bu iki şəxsin münasibətlərindəki inkişaflar və ana-oğul əlaqələri üzərində cərəyan edir.

Aktrisa Cudi Denç güclü, nikbin və cazibədar Filomena rolunu ifa edir. İrlandiya rahibələrinin 50 il əvvəl onun oğlunu əlindən almaları onun dinə inamını sarsıdır, lakin yox etmir. “Kimsə kin saxlayardı, lakin bu, mən deyildim. Özü də mənim dinimdə, mənə bağışlamağı, mərhəmət göstərməyi öyrədən dində. Mən həmişə bunu etmişəm.” - deyə, Filomena bildirir.

Filomena oğlu Entoninin adının Maykl Hessə dəyişdirildiyini, 80-ci illərdə Respublikaçıların Milli Komitəsində vəkil kimi fəaliyyət göstərdiyini və 43 yaşında ikən QİCS xəstəliyindən öldüyünü öyrənir. Filomena oğlunu ikinci dəfə itirdiyini deyir.

İndi isə onun məqsədi oğullarını itirmiş irlandiyalı qadınlara yardım etməkdir. O, qızı Ceyn Libertonla birlikdə “Filomena lahihəsi”nə başlayır və İrlandiya rəsmilərinin Katolik kilsəsi tərəfindən satılan uşaqlar barədə sənədlərin açıqlaması ilə bağlı araşdırmalar aparır.

“Hə, onlar körpələrin satılmadığını və bunun əvəzində pul almadıqlarını deyirdilər. Lakin mən bilirəm ki, insanların əlində bununla bağlı sənədlər var,” - deyə, Ceyn Liberton bildirir.

Libberton minlərlə körpənin analarının əlindən alındığını deyir. “Mənim fikrimcə 2 minə qədər uşaq Entoni kimi Birləşmiş Ştatlarda qəyyumluğa götürülüb.”

Aktrisa Cudi Denç Filomenanı ifa etməyin böyük məsuliyyət olduğunu deyir. O, həqiqi Filomena Li ilə görüşündən məmnun qalıb. “O, mənim yanımda oturmuşdu və əlini çiynimə qoymuşdu. Bütün filmin çəkilişi boyu mən çiynimdəki o əli hiss edirdim."

Hazırda isə İrlandiyada özünün sakit həyatını yaşayan Filomena Oskar mükafatının təqdimatı mərasimində iştirak etmək üçün Hollivuda gedəcəyini gözləyir.
XS
SM
MD
LG