ABŞ-ın birinci xanımı Melaniya Tramp Misirə səfər edərək, Afrikanın dörd ölkəsinə solo turnesini başa çatdırır. Xanım Tramp Misir prezidenti və onun xanımı ilə görüşüb, qədim Misir dövrünə aid əhramları ziyarət edib. Misirdən öncə Melaniya Tramp Keniya, Qana və Malaviyə səfər edib.