Accessibility links

Pitsburq sinaqoqunda qətlə yetirilənlərin xatirəsi anılıb


Pitsburq sinaqoqunda qətlə yetirilənlərin xatirəsi anılıb
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Silahlı bir şəxsin Amerikadakı sinaqoqa girərək 11 nəfəri qətlə yetirməsindən və üçü polis işçisi olmaqla, 6 nəfəri yaralamasından iki gün keçir. Pensilvaniya ştatının Pitsburq şəhərinin “Skuerel Hill” adlı ənənəvi yəhudi icması hələ də bunun nəyə görə baş verdiyini anlamağa çalışır.

Yelena Mayo mərasimə başçılıq edir, anası isə şamları yandırır. O, şamlardan birinin Yelenanın babasının xatirəsinə, o birini isə keçən şənbə günü sinaqoqda qətlə yetirilən 11 nəfərin xatirəsinə qoyur. Yahudi ənənəsinə görə, “yarzayt” alovları ruh kimi göyə ucalır.

Mayolar ailəsi “Həyat Ağacı” sinaqoqunun yaxınlığında yaşayır.

Polisin dediyinə görə, 46 yaşlı Robert Bouers keçən şənbə günü “Şabat” ibadəti zamanı anti-semit şüarları səsləndirərək, sinaqoqa girib və atəş açmağa başlayıb. Bu, Birləşmiş Ştatlar tarixində Amerika yəhudilərinə edilən ən dəhşətli hücum idi.

Mayo ailəsi qurbanlardan bir neçəsini tanıyırdı. Sara Mayo: “Bu, yuxudan səhər tezdən durub, ehtiyacı olanların, xüsusilə də yaşlılar və əngəlli insanların ehtiyaclarını təmin etmək, mətbəxdə onlara yemək hazırlamaq üçün gələn insanlar idi.”

Rəsmilər hücumçunun sosial mediada yəhudilərə qarşı postlarının olduğunu deyir. Sinaqoqda polislə atışma zamanı yaralanan Robert Bouers 30-a yaxın ittihamla üzləşir.

“Həyat Ağacı” sinaqoqunun sabiq ravini Çak Daymind həmişə belə bir hücumun baş verəcəyindən narahat olduğunu deyir. “Bu nifrət zəminində cinayətdir. Siz nifrətlə silahı bir yerə qoysanız, nəticəsi yaxşı olmayacaq.”

Qurbanların xatirəsini ananlar sinaqoqun qarşısına yüzlərlə çiçək dəstəri gətirib. Çiçək dəstələrindən ikisinin üzərində yalnız bir söz yazılıb: “Sevgi”.

Xristian, müsəlman və ya yəhudi olmasından asılı olmayaraq, bütün Pistburq sakinlərinin bu yaranı sağaltmaq üçün bir yerə toplanmasına səbəb Sevgidir.

İzhidam təşkilatçıları təəccübləndirib. Onlar 2 min 300 insan tolandıqdan sonra qapıları bağlamalı olub. Küçədə toplaşan min nəfər üçün isə səsucaldan cihazdan istifadə edilib.

Bazar günü şəhərdə “Stilers” futbol komandası yarışırdı. Bu zaman qurbanlar üçün sükut anı yaşandı. Şəhərdəki birlik, sevgi nifrətdən qat-qat yüksəkdə idi.

XS
SM
MD
LG