Accessibility links

Türkiyədə "müdrik insanlar" sülh təşəbbüsü müqavimətlə qarşılanıb


Türkiyə hökumətinin PKK qrupu ilə “akil” müdrik insanlar adlandırılan sülh təşəbbüsü Türkiyə millətçiləri tərəfindən tənqidlərlə qarşılanıb.

Bu yaxınlarda minlərlə tərəfdarı qarşısında çıxış edən Milli Hərəkat Partiyasının lideri Devlet Bahçeli sülh prosesini kəskin tənqid edərək, bu təşəbbüsün kürdlərə muxtariyyət bəxş edəcəyini bildirib.

Kürdüstan Fəhlə Partiyası-PKK 30 il Türkiyə hökuməti ilə kürdlərin hüquqları uğrunda mübarizə aparıb. 30 min insanın həyatı bahasına başa gələn mübarizə may ayının 8-də PKK-nın döyüşçülərini Türkiyədən çıxarmaqla sona çatıb. Türkiyə hökumətini indi bunun qarşılığında kürdləri nə ilə mükafatlandıracağı düşündürür.

Eksperlər PKK-nın Kürdüstan dövləti yaradılması kimi məqsədindən dönməyəcəyini deyir. Beynəlxalq münasibətlər üzrə ekspert Haldun Solmaztürkün fikrincə PKK-nın bu təkəbbürlü razılığı gələcəkdə şantajlara yol açacaq.

İctimai rəy sorğularına görə, Türkiyədə PKK ilə sülh razılığına dair ziddiyyətli fikirlər mövcuddur. Münaqişənin sülh yolu ilə həlli dəstəklənsə də, PKK lideri Abdulla Öcalanla dialoqa etiraz edənlər də az deyil. Rəy sorğuları hökumətə də edimadın azaldığını göstərir.
XS
SM
MD
LG