Accessibility links

Türkiyə PKK-ya qarşı hava hücumlarını davam etdirir


Türkiyənin hərbi təyyarələri kürd militantlarına qarşı hava hücumlarını genişləndirib. PKK militantlarının Türkiyənin şərqində avtobusa bomba hücumu nəticəsində azı 12 polis zabiti həyatını itirib.

Türkiyə rəsmiləri bildirib ki, 40-dan çox hərbi təyyarə İraqın şimalında altı saat davam edən hava hücumları həyata keçirib. Dövlət mediasının bildirdiyinə görə əməliyyat zamanı 40-a yaxın PKK militanı öldürülüb.

Bazar günü PKK militantlarının yol kənarında yerləşdirilmiş bombanı partlatması nəticəsində 16 Türk əsgəri həyatını itirib.

Çərşənbə axşamı günü Azərbaycanla Türkiyə sərhədi yaxınlığında yerləşən Iğdır vilayətində militantlar polisləri daşıyan avtobusa hücumu edib.

Türkiyə iyul ayından etibarən ölkənin çənub-şərqində və İraqın şimalında anti-terror əməliyyatlarına başlayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı əməliyyatlarla ehtiyatlı münasibət göstərsə də, Türkiyənin özünü müdafiə etmək hüququna malik olduğunu, lakin eyni zamanda proporsional cavab verməli olduğunu bildirib.

PKK Türkiyədə 1984-cü ildən münaqişə aparır. Bu günə qədər 40 minə yaxın insan döyüşlərdə həyatını itirib. Türkiyə, ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu qrup hesab edir.

XS
SM
MD
LG