Accessibility links

PKK Türkiyənin hərbi vertolyotunun vurulduğunu iddia edir


PKK yaraqlılarının Türkiyənin hərbi vertolyotunu vurub salması Türkiyə ordusunu ciddi tənzimləməyə vadar edə bilər.

PKK-nın yaydığı videonun həqiqiliyi təsdiqlənməyib. Ordu vertolyotun düşməsini texniki nasazıqla izah edib.

Təqaüddə olan briqada komandiri Haldun Solmaztürk bu kimi hücumların nəticələri barədə xəbərdarlıq edir. Onun dediyinə görə, hərbi perspektivdə buna ciddi diqqət yetirilməlidir.

PKK ilk dəfə yeni sistemdən istifadə edir. Bu isə o deməkdir ki, qrupun əlində bunabənzər silahlar ola bilər

“Bu, ordunun taktikasını tamamilə dəyişməklə yanaşı, Türkiyə və PKK arasında balansı poza və türk əsgərini mənəvi təzyiqlər altına sala bilər”- deyə sabiq hərbçi bildirib.

Sabiq hərbi pilotu, təhlilçi Metehan Demir vertolyotun müdafiə sistemindəki nasazlığın orduda narahatlıq yaratdığını deyib.

"Əməliyyat zamanı vertolyot tək deyildi. Onun arxasında daha bir vertolyot var idi. Müdafiə sistemi raketin yaxınlaşdığına dair xəbərdarlıq siqnalı almayıb. Qəribədir ki, PKK ilk dəfə yeni sistemdən istifadə edir. Bu isə o deməkdir ki, qrupun əlində bunabənzər silahlar ola bilər”- deyə Demir qeyd edib.

Təhlilçilər raket sisteminin Rusiya tərəfindən istehsal edildiyini deyir. Lakin bu raketlərin PKK-nın əlinə necə keçdiyi və ya qrupun bu kimi neçə silaha malik olduğu bəlli deyil.

Türkiyədə kürdlərə əlavə azadlıqlar verilməsi uğrunda 30 ildir mübarizə aparan PKK ilə döyüşlər keçən il sülh danışıqları nəticə vermədikdən sonra yenidən vüsət alıb.

1990-cı illərdə PKK-ya qarşı mübarizədə iştirak edən Solmaztürk deyir ki, vertolyotun düşməsi Türkiyə ordusunun qrupa qarşı mübarizəsinə kölgə sala bilər.

Vertolyotun düşməsi Türkiyə ordusunun qrupa qarşı mübarizəsinə kölgə sala bilər

Türkiyə ordusu 8 və ya 9 ikimühərrikli Super Kobra vertolyotlarından istifadə edir. Onlardan biri vurulub salındı. Arxada 30-a yaxın təkmühərrikli Kobra vertolyatları qalır. Onlar isə tamamilə köhnəlmiş vəziyyətdədir.

Demirin dediyinə görə, Ttürkiyə ordusu daha riskli taktikalara əl atacaq.

"Türkiyə hava əməliyyatlarını quru əməliyyatları ilə əvəz edəcək. PKK isə regiona yaxşı bələddir. Onlar bölgədəki mağaralara belə bombalar və silahlar yerləşdirib. Türkiyə çox ehtiyatlı olmalıdır”- deyə təhlilçi qeyd edib.

Müşahidəçilər xəbərdarlıq edir ki, PKK-nın vertolyotu vurması əməliyyatlarını genişləndiməsi deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG