Accessibility links

Nümayəndələr Palatası və Senat federal hökumətin büdcə planını təsdiq edib


ABŞ-ın Nümayəndələr Palatası və Senatı federal hökumətin büdcə planını təsdiq edib.

3 trillion dollarlıq razılıq hökumətin bir daha bağlanmasına yol verməyəcək.

ABŞ prezidenti Barak Obama planın təsdiqinə görə məmnunluq hissi keçirdiyini deyib və Konqresi sənədin tez bir zamanda təsdiqinə çağırıb.

Razılığın təsdiqi demokrat senator Barbara Mikulski və respublikaçı nümayəndə Harold Rocers tərəfindən elan edilib.

Məsrəflərə dair təfərrüatlı plan dekabr ayında Nümayəndələr Palatası və Senat tərəfindən əldə edilən razılığın nəticəsidir.

Sənəddə ötən il ordu və daxili proqramalara ciddi təsir göstərən avtomatik ixtisarlar ləğv edilir. Buraya 92 milyard dollarlıq xarici hərbi əməliyyatların maliyyələşdirilməsi də daxildir.

Sənəddə Barak Obamanın dəstəklədiyi sürətli dəmir yolu layihəsi yer almayıb. Lakin prezidentin tibbi sığorta planı 1 milyardlıq ixtisara baxmayaraq, qüvvədə qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG