Accessibility links

Yer kürəsində rekord dərəcədə temperatur yüksəkliyi


Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, planetimiz Avropa, Yaxın Şərq, Şimali Afrika və ABŞ-da rekord dərəcədə temperatur yüksəkliyi ilə qarşılaşıb. Portuqaliyada yanğın 60-dan çox adamın ölümünə səbəb olub.

Portuqaliyada meşə yanğınları nəticəsində 57 nəfər ölüb, 60-a yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıb.

Ümumdünya Meteorologiya Təşkilatı yanğınlara hədsiz isti hava şəraitinin yol açdığını bildirir. Belə ki, temperatur 40 dərəcədən yüksək olub.

İspaniya və Fransada ekstrimal istilik var. Bu gün bu ölkələrdə həyəcan göstəricisi ikinci ən yüksək səviyyəyə qaldırılıb.

Amerikanın Kaliforniya və Nevada ştatlarında temperatur rekord dərəcədə yüksəkdir.

Şimali Afrika və Yaxın Şərq ölkələrində temperatur 50 dərəcəni aşıb.

Təşkilatın bildirdiyinə görə, dünyanın sözün əsl mənasında "qaynar nöqtəsi" Pakistanın Turbat şəhərində qeydə alınıb. May ayında belə orada hərarət 54 dərəcədən yüksək olub.

“Bu, Asiyada ilk belə bir temperatur rekordudur. Təsdiq edilsə, bu rekord ötən il Küveyddə qeydə alınan temperatura bərabər olacaq” - deyə Ümumdünya Meteorologiya Təşkilatının sözçüsü Kleyr Nullis bildirib.

Təşkilat isti hava şəraitinin daha artıq meşə yanğınlarına səbəb olacağını proqnozlaşdıdır.

Lazımi ölçülər götürülməsə 2003-ci ildə olduğu kimi çoxsaylı insan həyatını itirəcək. Həmin il Avropada 70 min insan istilik dalğasının qurbanı olmuşdu.

Alimlərin dediyinə görə, iqlim dəyişikliyi isti hava dalğasını artıracaq, durum daha ağır və daha uzun sürəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG