Accessibility links

BMT agentlikləri Xarkivin yenidən qurulması planları üzərində işləyir


Ukraynalı hərbçi Xarkiv şəhərində cəbhə xətti yaxınlığında Rusiyanın çoxsaylı bombardmanları nəticəsində ciddi ziyan dəymiş binanın dağıntıları arasında gəzir, 25 aprel 2022-ci il.
Ukraynalı hərbçi Xarkiv şəhərində cəbhə xətti yaxınlığında Rusiyanın çoxsaylı bombardmanları nəticəsində ciddi ziyan dəymiş binanın dağıntıları arasında gəzir, 25 aprel 2022-ci il.

BMT-nin 10-dan çox agentliyi Rusiyanın məğlub olduğunu fərz edərək, iki aydan artıqdır Ukraynanın Rusiya qüvvələrinin hücumuna məruz qalmış Xarkiv şəhərinin yenidən qurulması üzrə baş plan üzərində işləyir.

BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən koordinasiya edilən BMT işçi qrupu bərpa səylərinə nəzarət edəcək. Heç kim işin çətinliyi ilə bağlı heç bir illüziyaya qapılmır, xüsusilə də Xarkiv meri İqor Terehov.

Xarkivdən danışan mer Rusiyanın davamlı atəşi fonunda baş planın üzərində iş aparıldığını deyib. O bildirib ki, Ukraynanın qələbəsindən dərhal sonra yenidənqurma planının icrasına başlamaq lazımdır. O, tərcüməçi vasitəsilə danışıb.

“Hərbi əməliyyatlardan sonra mən inanıram ki, biz iki-üç il ərzində şəhəri bərpa edə biləcəyik ki, Xarkov şəhəri əvvəlkindən də gözəl olsun. ...Biz şəhəri gələcəyin ideal şəhəri kimi yenidən qurmağa və bərpa etməyə başlayacağıq”- deyə, Terehov bildirib.

Ukraynanın ikinci böyük şəhəri və ölkənin şərq regionunun paytaxtı hesab edilən Xarkiv hərbi əməliyyatların episentridir. Terehov deyir ki, şəhərdə yaşayış evlərinin 25 faizi dağılıb. O bildirib ki, Rusiya inzibati binaları, məktəbləri, xəstəxanaları və uşaq bağçalarını bombalayıb, şəhərin infrastrukturunu xarabalığa çevirib.

Baş planın hazırlanmasına ingilis memar Lord Nelson Foster rəhbərlik edir. O bunu keçmişin irsini gələcəyin şəhərinin yaradılması üçün lazım olan yeni texnologiyalarla bir araya gətirmək imkanı adlandırır.

“Bu, gələcəkdə şəhəri əvvəl olduğundan daha da yaxşı etmək üçün bir imkandır.… Bu, tendensiyalar, texnologiyalar, sənaye baxımından - şəhəri möhtəşəm edən bütün şeylər baxımından daha parlaq və innovativ etmək üçün bir imkandır”, - deyə Terehov bildirib.

Xarkivin yenidən qurulmasının nə qədər vaxt aparacağını və ya müharibə davam edərkən bunun nəyə başa gələcəyini müəyyən etmək mümkün deyil. Bununla belə, operativ qrup planın hazırlanmasını şəhərin həyat qabiliyyəti və onun gələcəyinə inam aktı kimi qiymətləndirir.

XS
SM
MD
LG