Accessibility links

Plastik su butulkalarından düzəldilən ayaqqabılar [Video]


Hər gün milyonlarla amerikalı birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik butulkalardan saflaşdırılmış su və başqa içkilər içirlər. Bu butulkaların 60 milyondan çoxu hər gün ya zibilaxalara atılır ya da yandırılır. Amma bir neçə amerikalı sahibkar plastik butulkarı yenidən emal edib, onlardan ayaqqabı düzəldir.

Bunlar bəlkə də, dünyanın ekoloji cəhətdən ən təmiz şəkildə istehsal edilmiş ayaqqabılarıdır.

San-Fransiskoda start-ap şirkət yenidən emal olunmuş plastik butulkalardan Rothy’s adlanan dəbdəbəli qadın ayaqqabıları düzəldir.

“Biz bu butulkaları sterilizə edirik, isti suyla yuyuruq, sonra onlar balaca parçalara bölünür və çox yumşaq lifə çevrilir”, deyə şirkətin həmtəsisçisi Ros Martin bildirir.

Bu liflər ayaqqabının istehsalı zamanı tullantıları azaltmaq üçün nəzərdə tutulan 3-D toxuma maşınına yerləşdirilir. Daha sonra toxunmuş parça və içlik ayaqqabının karbonsuz rezindən düzəldilən altına yapışdırılır

Biz bu butulkaları sterilizə edirik, isti suyla yuyuruq, sonra onlar balaca parçalara bölünür və çox yumşaq lifə çevrilir.
Ros Martin

Ros Martin: “Biz yaxın gələcəkdə plastik su butulkalarının azalacağını düşünmürük. Bu isə o deməkdir ki, bizim sonsuz material təchizatımız var və bu da şirkətimiz gələcəyi üçün çox yaxşıdır”.

Ekoloji baxımdan təmiz bu ayaqqabılar köhnələndə onları şirkətə pulsuz geri vermək olar ki, onlar ayaqqabıları yenidən emal edib başqa məhsullara çevirsin.

XS
SM
MD
LG