Futboldan 8 il uzaqlaşdırılan Mişel Platini FİFA prezidentliyinə namizədlikdən imtina edib.
Bunu mətbuata Platininin özü deyib.
Platini deyib ki, artıq FİFA prezidentliyinə namizəd deyiləm və bundan sonra müdafiəmlə məşğul olacam.
Qeyd edək ki, FİFA Etika Komitəsi Platinini 8 il müddətinə futboldan uzaqlaşdırıb.
FİFA prezidentliyinə seçkilər bu il fevralın 26-da Sürixdə keçiriləcək.
Ötən ilin sonlarında FİFA ətrafında baş verən korrupsiya qalmaqalına görə keçmiş FİFA prezidenti Zeep Blatter də daxil olmaqla təşkilatın bir sıra keçmiş və indiki rəsmiləri barəsində cinayət işi açılıb.
Həmçinin UEFA prezidenti Mişel Platini buna görə məsuliyyətə cəlb olunub.
O, FİFA-dan qanunsuz vəsait almaqda ittiham olunur.
Məlumatlara görə, Zeep Blatter Platinin hesabına 2 milyon dollar köçürüb.