Prezidentliyə namizəd, demokrat Hillari Klinton pnevmoniya olub və hazırda antibiotiklə müalicə olunur. Xanim Klintonun səhhəti və pnevmoniyanın nə dərəcədə ciddi olması suallar doğurur.
Onun büdrəyib yıxılması dünyanın pnevmoniya haqda danışmasına yol açıb. Bu ağ ciyər infeksiyası bəzən yüngül, bəzən də ağır nəticələr verə bilir. Vaşinqtonun Medstar xəstəxanasının həkimi Mətyu Şrayber: “Bakterial və ya virus pnevmoniyası hər orqanızmdə ola bilər.”
Həkimin onu antibiotiklə müalicə etməsindən görünür ki, xanım Klinton bakterial pnevmoniya xəstəliyinə tutulub. “Bakterial pnevmoniyanın müalicə yolları var. Virus pnevmoniyası isə başqadır. Siz qripin nə olduğunu bilirsiniz və bu xəstəlik yoluxucudur. Nəticədə isə bu infeksiya pnevmoniyaya səbəb olur. Sözün düzü, bu xəstəliyin müalicəsi çətindir" deyə, doktor Şrayber bildirir.
Yataqda qalmaq, çox maye içmək və növündən asılı olmayaraq, pnevmoniyanı nəzarətdə saxlamaq məsləhət görülür.
Ümumdünya Səhiyyə Təşkilatına istinadən, pnevmoniya dünya boyu 5 yaşınadək uşaqlar arasında ölümə səbəb olan xəstəliklərdən biridir. Birləşmiş Ştatlarda isə hər il bir miyona qədər insan bu xəstəlik səbəbindən xəstəxanaya aparılır. “Xəstəliyin ağırlığı bu infeksiyanın insanın ağ ciyərinə təsirindən və orqanizmin buna reaksiyasından asılı olur.
Ağ ciyər xəstəliyi keçirən və yaşlı insanların pnevmoniyaya tutulma riuski daha çoxdur. İnsanlar asqırarkən bakteriyalar havaya buraxılır və digərlərini də yoluxdurur. Adətən pnevmoniya belə yayılır. Peyvəndlər pnevmoniya virusunun qarşısını ala bilir. “Buna qarşı nə vitamin var, nə də hər hansı başqa bir həb. Beləliklə, orqanizmin bu infeksiya ilə mübarizə apara bilməsi üçün sağlam yemək və aktiv olmaq vacibdir.”
Xəstəliyin əsas simptomları ökürək, qızdırma, halsızliq və sinə ağrısıdır. Doktor Şrayber ilkin simptomlar zamanı həkimə müraciət etməyi məsləhət görür.