Accessibility links

Hökumətin biganəliyi Puerto-Rico icmasını hiddətləndirib [Video]


Hökumətin biganəliyi Puerto-Rico icmasını hiddətləndirib
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Prezident Donald Tramp Mariya qasırğasının bölgənin infrastrukturuna ciddi zədə vuran, insanları işıqsız və ən adi xidmətlərdən məhrum edən Puerto-Rikoya səfər edir. Nyu-York şəhərində yaşayan yüz minlərlə puerto-rikolu humanitar yardım səylərinin ləng həyata keçirilməsi səbəbindən bölgədə yaranan böhrandan narahatdır.

Prezident Tramp və federal hökumətin qasırğanın viran qoyduğu adaya biganə yanaşması su, elektrik, ərzaq və səhiyyə xidmətinə ehtiyacı olan ailələrlə ünsiyyət qura bilməyən Nyu-Yorkdakı Puerto-Riko icmasını getdikcə daha çox hiddətləndirir.

ABŞ-da puerto-rikoluların ən böyük icması olan Nyu-Yorkun Harlem məhəlləsindəki sakinlər yaxınları barədə narahat olsalar da, nikbin görünməyə çalışırlar. Larri Montes nənəsindən nigarandır. “Məni onun səhhəti narahat edir. Mən ailəmin lazımı yardımı alıb-almadığını bilmək istəyirəm. Eşitdiyimə görə vacib yardın adanın hər yerinə paylanmayıb.”

Nyu-York şəhərinin meri Bill De-Blasio bölgədə vəziyyəti dəqiq qiymətləndirə bilməsə də, San-Huan şəhərinə uçuşların artırılacağını, minlərlə qaçqın puerto-rikolunun yaxın zamanda Nyu-Yorka gətiriləcəyini təxmin edir.

Günlərdir həyat yoldaşının kiçik Patillas şəhərində yaşayan ailəsi ilə əlaqə yaratmağa çalışan Klotilda Solis onlara lazımi yardım çatdırıldığına ümid etdiyini deyir. “Hökumət onları buraya yerləşdirsə, mən çox şad olaram, çünki onların buna ehtiyacı var. Ailə üzvlərini bir yerə toplamaq üçün onların başlarının üzərində dam olmalıdır.”

Puerto-rikolulara geniş yardım çatdırılana qədər isə Nyu-Yorkun Puetro-Riko icması ada sakinlərinə yardım çatdırılması səylərini gücləndirib. “Bu təkcə hökumətin işi deyil, bu hamının işidir. İstər insanlar, istər kilsələr, istərsə də icma təşkilatları, hamı bir yerdə yadım etməlidir” deyə, icma üzvü Hiram Monseratte bildirir.

XS
SM
MD
LG