Accessibility links

Pol Manafortun məhkəmə prosesi davam edir


Münsiflər heyəti cümə axşamı Trampın sabiq kampaniya meneceri Pol Manafortun vergi və bank saxtakarlığında təqsirli olub-olmadığına dair müzakirələrə başlayıb.

Prokurorlar və Manafortun vəkilləri son dəlillərini çərşənbə günü təqdim edib. Prokurorlar Manafortun həyatının yalanlarla dolu olduğunu iddia edir.

Prokuror Qreq Andres münsiflər heyətinə deyib ki, cənab Manafort çoxlu pulu olanda saxladığı barədə yalan danışıb və pulu olmayanda çoxlu pul almaq üçün yalan danışıb.

Lakin vəkil Riçard Vestlinq deyib ki, hökumət ABŞ hüquq sistemi qaydalarına görə ittiham edilmək üçün məqbul şübhə üzərindən günahkar tanınmasından başqa Manafortun təqsirli olması barədə əsaslı dəlil əldə etməyib.

Vestlinq prokurorun ən əsas şahidi, Manafortun Tramp kampaniyasında sabiq sədr müavini Rik Qeytsi yalançı və oğuru adlandırıb.

Manafort sabiq Ukrayna lideri Viktor Yanukoviç üçün lobbiçilik edərkən qazandığı milyonlarla dolları offshore hesablarında gizlətməkdə təqsirləndirilir.

XS
SM
MD
LG