SUAL: Rusiyanın yaxın qonşuları ilə münasibətlərini necə xarakterizə edərdiniz. Rusiya özlərini müstəqil ölkə hesab edən keçmiş sovet respublikaları üzərində nüfuzunu artırmağa çalışırmı?
POL QOBL: Rusiya hər halda, nüfuzunu artırmaq istəyir. Amma nüfuz adi ölçü deyil. Bu, başqalarına nisbətdə ölçülür. Ümumi qəbul olunmuş belə bir fikir var ki, ABŞ rusların olmadığı ölkələrdə öz mövcudluğuna əvvəl olduğu kimi çalışmır. Bunun nə dərəcədə düzgün olduğunu bilmirəm, amma hər halda, belə qəbul edilir. Bir də belə görünür ki, Rusiyaya daha artıq önəm verilir. O da doğrudur ki, burada coğrafi mövqe də əhəmiyyətlidir. Bu ölkələr heç vaxt Rusiyadan tamamilə ayrı ola bilməyəcək.
1992-ci ildə belə bir fikir var idi ki, qapını sındırıb içəri keçəndən sonra bir də Moskva ilə daha işimiz olmayacaq. Amma bu, səhv idi. Ruslar qonşudurlar, regionda ən güclü onlardır. Belə bir gücü nəzərə almamaq haqda təsəvvür görürük ki, yox oldu. Eyni zamanda, tamamilə doğrudur ki, Rusiya öz nüfuzunu fəal şəkildə genişləndirməyə çalışır. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın nüfuzunu artırmaq səyləri bir çox yerlərdə əks təsirini göstərir. Bu həm də o deməkdir ki, Rusiyanın güc nümayiş etdirmək səyləri həmişə çox müvəffəq olmayıb. Hətta Azərbaycanda da Vəfa Quluzadə deyib ki, azərbaycanlılar bu fikirlər razılaşmalıdır ki, Azərbaycanın təhlükəsizlik maraqlarına ermənilər deyil, ruslar hədə törədir. Bu, bir istiqamətdə gedən yol deyil. Burada çox vektor var.
SUAL: Rusiya və Gürcüstan arasında müharibənin ikinci ildönümüdür. Qısa müddətli müharibə regionda hadisələrə neçə təsir göstərdi? Bundan sonra hadisələrin inkişafını necə görürsünüz?
POL QOBL: Təəssüf ki, Rusiyanın təcavüzünə bir sıra ölkələr bəraət qazandırdı. Bu, Rusiyanın Gürcüstanı hərbi addım atmağa vadar edən hərbi aksiyası idi. Amma təəssüf ki, bu, Rusiyaya öz hərbi qüvvələrini göndərib suveren ölkəni işğal etməsinə imkan verdi. Mənim fikrim budur ki, Gürcüstan yaxın zamanda iki regionda, belə deyək, yarı-tanınmış Abxaziya və Cənubi Osetiyada öz nüfuzunu bərpa edə bilməyəcək. Zaman keçdikcə belə bir fikirlə razılaşmalı olacayıq ki, dünyanın bu bir hissəsi bir qisim ölkələr tərəfindən tanınıb, digər ölkələr tərəfindənsə tanınmayı. 1945-cü ildən amerikalılar belə öyrənmişdilər ki, ya hamı hansısa ölkəni tanıyır, ya da heç kəs onu tanımır. İndi dünyada başqa yerlər də var, təkcə Cənubi Osetiya və Abxaziyaya aid deyil.
Eyni zamanda, biz Rusiyada baş verənləri yaxşı başa düşməliyik. Rusiya Şimali Qafqazı itirməyə doğru gedir. Şimali Qafqazda zorakılıqlar artır ki azalmır. Rusiya Şimali Qafqazın dağlıq bölgələrində ərazilərin böyük hissəsinə effektiv şəkildə nəzarət edə bilmir. Tarixdən də görürük ki, Rusiya Cənubi Qafqaza nəzarət etmədən Şimali Qafqaza nəzarət edə bilməyib. Heç vaxt. Mən inanıram ki, tədricən rusların çoxunun “Rusiyanın Əlcəzairi” adlanan yerlərdən çıxacağını görəcəyik. Bu da çox vacibdir. Rusiyanın Gürcüstandakı kimi daha bir hərbi münaqişəyə başlaya bilcəyini düşünmürəm. Ruslar bu hərbi kampaniyada qazandıqları qədər də itiriblər. Başqa tərəfdən də, bu belə bir mesaj göndərdi ki, Rusiya hərbi güc göstərmək üçün özünü pis aparacaq. İkincisi, ondan ibarət oldu ki, rus ordusu yaxşı vəziyyətdə deyil. Qeyd etmək lazımdır ki, müharibənin ildönümü ərəfəsində Rusiyanın hərbi məsələlər üzrə şərhçiləri hərbi qüvvələrin təchizatla təmin edilmədiyini deyirlər. Təchizat, qlobal miqyasda texnoloji cəhətdən yaxşı təmin olmaması, bütün bunlar Rusiyanın xüsusilə də Cənubi Osetiyaya müdaxiləsinin belə bir fəlakətlə nəticələnməsinə səbəb oldu. Burada gücdən çox, çatışmazlıqlar nümayiş etdirildi. Çox adam indi Moskvaya yeni gözlə baxmağa başladı.
Amma məni narahat edən Moksvanın Ermənistanla hərbi razılaşmanı genişləndirməsidir. Hələ aydın deyil, bu, daha artıq əsgəri qüvvə deməkdirmi. Aydın deyil ki, Moksva hərbi qüvvələrin sayını artırmağa qadirdirmi. Bu, narahatlığa, təhlükəsizliklə bağlı narahatlığa səbəb olan bir məsələdir. Təbii ki, bu, hər yerdə əlaqələrə təsir göstərəcək. Rusiyanın Azərbaycana hər hansı bir şəkildə təzyiq göstərəcəyini düşünmürəm. Mən Rusiyanın Ermənistanda hərbi mövcudluğunun artmasından başqa, onun hərbi addım ata biləcəyini gözləmirəm.
SUAL: ABŞ və Rusiya arasında münasibətlərin bir il əvvəl yenidən işə salındıqdan sonra durumunu necə qiymətləndirirsiniz?
POL QOBL: Fikrimcə, ABŞ terrorizmlə mübarizə sahəsində dünyada öz üzərinə olduqca böyük öhdəliklər götürüb. Iraqda hərbi qüvvələrimiz, Əfqanıstanda əsgərlərimiz var. Pakistanda, Yəməndə problemlərimiz var. Rusiya ilə münasibətlər bir il bundan əvvəl olduğundan indi daha az önəm daşıyır. Biz indi Moskvaya əvvəl olduğundan daha az diqqət göstəririk. Müəyyən mənada ən mühüm məsələ nüvə silahlarına dair müqavilədir. Bu, rusların ən çox sevdiyi razılaşmalardan biridir, çünki bu, yeganə sahədir ki, onlar ABŞ-a təzyiq göstərə bilər. Amerika-Rusiya münasibətləri o qədər də dəyişməyib. Müəyyən dərəcədə Rusiyanın Gürcüstan müharibəsindən əvvəl göstərmədiyi davranışı ilə bağlı skeptik münasibət mövcuddur. Məncə, isanların çoxu bunu başa düşmür. Yadımdadır, çox adam Sovet İttifaqının Əfqanıstanı işğal edəcəyinə inanmırdı. Ruslar Gürcüstana getməzdən əvvəl, belə bir fikir var idi ki, ruslar nə etsə də, onlar suveren ölkəni işğal etməyəcəklər. Amma onlar bunu etdilər. Müsbət şərhlər verilsə də, razılıqlar əldə edilsə də, indi yenə də Vaşinqtonda Rusiyanın qonşuları ilə münasibətləri və ABŞ-ın dünyada öz maraqları və prinsiplərini həyata keçirmək istəyi baxımından Rusiyaya nə dərəcədə inam göstərmək məsələsində Rusiyaya skeptik münasibət var.