Accessibility links

Pol Rayan ABŞ-Meksika sərhədini ziyarət edir


House Speaker Paul Ryan of Wis. meets with reporters on Capitol Hill in Washington, Feb. 16, 2017.
House Speaker Paul Ryan of Wis. meets with reporters on Capitol Hill in Washington, Feb. 16, 2017.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan Birləşmiş Ştatların Meksika ilə sərhədində Rio Qrande vadisini ziyarət edir. Spiker Rayanın səfəri Tramp administrasiyasının mühacirətə dair qanunvericiliyini aktivləşdirdiyi və Konqresdən sərhəddə divarın inşası üçün maliyyə istəməyə hazırladığı vaxta təsadüf edir.

Bu, Viskonsin ştatını təmsil edən respublikaçı qanunvericinin sərhəd bölgəsinə ilk səfəridir. Pol Rayanın səfəri ərəfəsində onun Texasda yetəşəcəyi MakAllen şəhərində etiraz nümayişlərinin planlaşdırıldığı bildirilib.

Rayanı səfər zamanı bir qrup qanunverici müşayiət edir.

MakAllendə Pol Rayan 3200 kilometrlik sərhəd boyu divarın inşası planları ilə bağlı bəzi problemlərlə tanış olacaq.

Sərhəd bəzi ucqar və çətin keçilən yerlər, eləcə də Rio Qrande vadisi boyu uzanır.

ABŞ-Meksika sərhəddi
ABŞ-Meksika sərhəddi

Vaşinqtonda isə Konqres ABŞ-Meksika sərhədində divarın inşasının dəyərinin ilkin hesablanmasını təqdim edib. Hazırda sərhədin min kilometrə yaxın hissəsində beş metrə qədər hündürlüyünüdə sədd artıq inşa edilib. Prezident Donald Tramp seçki kampaniyası zamanı sərhəddə daha 3200 kilometr boyu divarın inşa edilməsinə söz vermişdi. Tramp bildirmişdi ki, qeyri-qanuni mühacirlərdən müdafiə olunmaq məqsədilə divarın inşası ABŞ büdcəsinə səkkiz milyard dollara başa gələcək.

Konqresin Büdcə komitəsinin ilkin hesablamalarına görə, divarın inşasına azı 10 milyard dollara maliyyə vəsaiti tələb olunur. Tikinci ekspertləri bütün xərclərin 20 milyard dollar təşkil edə biləcəyini bildiriblər.

XS
SM
MD
LG