Accessibility links

Polşa "Belarusda yeni vəziyyət"lə əlaqədar şərq sərhədlərini möhkəmləndirdiyini bildirib


Polşa hökuməti "Belarusda yeni vəziyyət" səbəbilə şərq sərhədlərinin möhkəmləndiriləcəyini bəyan edib. Polşa Mətbuat Agentliyi xəbər verir ki, baş nazirin müavini Yaroslav Kaçinskinin Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin növbədənkənar iclasında bildirdiyi kimi, bu qərar "Vaqner" muzdlularının Belarusa mümkün gəlişi ilə bağlı xəbərlər fonunda qəbul edilib.

""Vaqner" qrupunun Belarusda olması ilə bağlı potensial olaraq yeni vəziyyət yaranıb. Bizdə olan məlumata görə, orada 8 minə yaxın hərbçi olacaq" - deyə, Kaçinski bildirib.

Onun sözlərinə görə, şərq sərhədlərində mühafizə gücləndiriləcək. Bundan əlavə, müxtəlif növ hasar və istehkamların sayının artırılması nəzərdə tutulur.

Polşa baş nazirinin müavini hesab edir ki, muzdlulardan ibarət "Vaqner" qrupunun Belarusa köçürülməsi ilə vəziyyət getdikcə çətinləşir. "Bu, indiyə qədər qarşılaşdığımızdan daha mürəkkəb bir mərhələ, hibrid müharibəsinin yeni mərhələsi demək ola bilər" deyib Kaçinski.

Bundan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirmişdi ki, "Vaqner" muzdluları Belarusda yerləşdirilərsə, bu, ölkənin milli təhlükəsizliyinə hədə olacaq.

Landsbergis "Bir nəfərin - Priqojinin Belarusda görünməsi təhlükəsizlik vəziyyətinə təsir göstərmir. Onun ordusunun orada olması vəziyyətə təsir edəcək. Ola bilsin ki, onların təlim keçdiyi və hərbi əməliyyatlara hazırlaşdıqları bazası Litva yaxınlığında, NATO ilə sərhəd yaxınlığında olsun. Bu, bizim təhlükəsizlik vəziyyətimizi mütləq dəyişəcək" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG