Accessibility links

Uşaqlı miqrantlar Polşa ilə Belarus sərhədində ilişib qalıb


Polşa insan haqları müdafiəçiləri bazar günü bildiriblər ki, kiçik uşaqlar da olmaqla, sığınacaq istəyən 30-a yaxın miqrant üç gündür Polşanın Belarusla sərhədində ilişib qalıb.

Miqrantlar Polşanın sərhəd divarından kənarda olsalar da, "Qrupa Qranitsa"nın (Sərhəd Qrupu) fəalları miqrantların Polşa ərazisində olduqlarını və Belarusun onların geri dönməsinə icazə vermədiyini bildirib.

Fəal Marta Stanişevska "Onlar Belarusda təhlükəsiz deyillər" deyib.

"Bu qrupun bizə dediyi kimi, Belarus xidmətləri geri qayıdacaqları təqdirdə onlar ya döyüləcəkləri, ya da öldürəcəkləri ilə təhdid edir" - deyə, Stanişevska Associated Press agentliyinə bildirib.

Stanişevska miqrantlar aralarında bir neçə xəstənin olduğunu, bir qızın dişinin ağrıdığını, uşaqları ağcaqanad sancdığını deyib.

Polşa Ombudsman Aparatının nümayəndəsi bazar günü qrupa baş çəkib və onlarla söhbət edib. Daha sonra o, jurnalistlərə bildirib ki, miqrantların ölkəyə buraxılıb-buraxılmaması ilə bağlı qərarı Polşa Sərhəd Mühafizəsi Xidməti verə bilər.

"Əgər həmin şəxslər həqiqətən də (Polşa) Sərhəd Mühafizəsinin yurisdiksiyasındadırsa və beynəlxalq mühafizə üçün müraciət etməyə hazır olduqlarını bəyan etsələr, belə müraciətlər qəbul edilməlidir" deyə Masej Qreşkovyak bildirib.

Keçən il Polşa Belarus vasitəsi ilə Asiya və Afrikadan ölkəyə daxil olan minlərlə miqrantın qarşısını almaq üçün sərhədə təxminən 190 kilometr hündürlüyündə metal hasar çəkib.

Avropa İttifaqı avtoritar Belarus prezidenti Aleksandr Lukaşenkonu sanksiyalara cavab olaraq miqrantların sərhədi qeyri-qanuni keçmələrinə yardım etməkdə ittiham edib. Lukaşenko miqrasiyanın Avropaya təşviqini inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG