Accessibility links

Polşada exit poll Borislav Komarovskinin qələbə çaldığını göstərir


Mərkəzçi Bronislav Komorovski iyunun 20-də səsvermə zamanı Rusiyada təyyarədə qəzasında həlak olmuş prezidentin qardaşı mühafizəkar Yaroslav Kaçinskidən beş faiz artıq səs toplayaraq, səslərin 42 faizini almışdı

Polşada ictimai televiziyanın keçirdiyi exit poll prezident seçkilərində prezidentin səlahiyyətlərini icra edən Bronislav Komorovskinin səslərin 53 faizi ilə qələbə çaldığını göstərir.

Daha bir sorğunun nəticələrinə görə isə cənab Komarovski mühafizəkar Yaroslav Kaçinskidən az fərqlə irəliyə çıxıb.

Mərkəzçi Bronislav Komorovski iyunun 20-də səsvermə zamanı Rusiyada təyyarədə qəzasında həlak olmuş prezidentin qardaşı mühafizəkar Yaroslav Kaçinskidən beş faiz artıq səs toplayaraq, səslərin 42 faizini almışdı.

Bu gün səsvermədə iştirak etmək üçün 30 milyon polyak qeydiyyatdan keçmişdir. Rəsmi nəticələrin bazar ertəsi günü elan ediləcəyi gözlənilir.

XS
SM
MD
LG