Accessibility links

Polşanın yeni prezidenti ölkədə birliyə nail olmağa söz verib


Polşanın yeni prezidenti Bronislav Komarovski bu gün andiçmə mərasimi zamanı deyib ki, o, parlament, hökumətin başqa strukturları və müxalifət partiyaları ilə birgə iş aparacaq

Polşanın yeni prezidenti Bronislav Komarovski bu gün andiçmə mərasimi zamanı siyasi fikir ayrılıqlarına görə parçalanmış ölkəsində birlik yaratmağa söz verib. Cənab Komarovski deyib ki, o, ölkə iqtisadiyyatı da daxil olmaqla, mühüm məsələlərin həlli üçün parlament, hökumətin başqa strukturları və müxalifət partiyaları ilə iş aparacaq.

58 yaşlı Komarovski uyun ayında təkrar seçkilərdə səslərin 53 faizini toplayaraq, mühafizəkar rəqibi Yaroslav Kaçinski üzərində qələbə çalmışdı.

Polşanın sabiq prezidenti, aprel ayında Rusiyada təyyarə qəzası zamanı həlak olmuş Lex Kaçinskinin əkiz qardaşı olan Yaroslav Kaçinski bu gün andiçmə mərasimində iştirak etməyib.

XS
SM
MD
LG