Accessibility links

Polşada hərbi təyyarə qəzaya uğrayıb


Polşa Müdafiə Nazirliyinin bildirdiyinə görə, Polşanın MİQ-29 qırıcı təyyarəsi ölkənin şimal bölgəsində gecə saatlarında qəzaya uğrayıb.

Polşa Hərbi Hava Qüvvələrinin adı açıqlanmayan 33 yaşlı pilotunun qəzadan əvvəl özünü təyyarədən atmasına baxmayaraq, pilot həlak olub. Onun cəsədinin qəzaya uğrayan təyyarənin qalıqlarından yüzlərlə metr uzaqda aşkar edildiyi bildirilib.

Pilotun 800 saata qədər uçuş həyata keçirdiyi deyilir.

Associated Press Polşa rəsmilərinin Sovet dövründə istehsal edilən MİQ-29 qırıcı təyyarələrinin yoxlamadan keçənə qədər istifadəsinin dayandırılması barədə göztəriş verdiyini bildirib.

Polşa 30 ilə yaxındır 30-a yaxın MİQ-29 təyyarəsindən istifadə edir ki, həmin təyyarələr Birləşmiş Ştatlarda istehsal edilən F-16-larla əvəz edilməyə başlayıb.

XS
SM
MD
LG