Accessibility links

Hyuston polisi sakinlərin etimadını qazanmağa çalışır [Video]


Polis sakinlərin etimadını qazanmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Son zamanlar ABŞ-da əsasən Merilend ştatının Baltimor şəhəri daxil olmaqla, bəzi şəhərlərdə polislə mülki vətəndaşlar arasındakı gərginlik iğtişaşlara səbəb olub. Lakin Texasın ən böyük şəhəri olan Hyustonda polis sakinlərlə münasibətdə etimad qazanmağa çalışır.

Hər ay icmalar “Müsbət Əlaqələr Proqramı” çərçivəsində Hyustonun polis məntəqəsində toplaşır. Kapitan Qreqori Fremin Hyuston Polis İdarəsinin qaradərililərin icmasının mühafizəsi yolunda iş aparan Şimal-Qərb bölməsinə başçılıq edir. “Bunu tək edə bilmərik, bizə ictimaiyyətin yardımı lazımdır. Bunu həyata keçirmək üçün isə ən vacib məsələ, azlıq icmalarının bizə güvənməlidir.”

Fremin deyir ki, buna nail olmaqda ona icma və dini qurumların liderləri yaxından yardım edir. “Onlar məni incidəcək heç nə demirlər, Onlar mənə kömək edən sözlər deyirlər. Mənim fikrimcə bu bizə həm şəhərimizdə, həm də Birləşmiş Ştatların digər yerlərində böhranın qarşısını almağa yardım edir.”

Burada çoxları məhəllələrində polisin olmasını istəyir. Uzun müddətdir Hyustonda yaşayan sakinlərdən biri, Marlin Filips polis zabitlərinin dinləmək və tez qərar qəbul etmək qabiliyyəti olduğunu deyir. “Şimal-şərq polis bölməsinin bütün zabitlərinə - rəislərdən tutmuş ən aşağıyadək hamısına 5+ verərdim.”

Lakin Filips Hyustonun başqa bölgələrində polisin fərqli rəftarlarına da rast gəldiyini deyir.

Yepiskop Ceyms Dikson bəzi polis əməkdaşlarının hələ də azlıqlarla əlaqə qurmaq istəmədiklərini deyir. “Hüquq-mühafizə orqanlarının belə işçiləri icmaya gələrkən, orada yalnız cinayətkarların olduğunu, hər kəsin təhlükəli olduğunu düşünür. Onlar düşmən ərazidə olduqlarını düşünür.”

Yepiskop Dikson deyir ki, Hyustonda polislə icmalar arasında münasibət yaxşılaşıb, lakin hələ də ixtişaşlara səbəb olan amillər mövcuddur. “Artıq Amerikada və Hyuston kimi şəhərlərdə ümidsizliyə və ixtişaşlara səbəb olan irqi bərabərsizliyə son qoyulmalıdır,”

O, hətta Hyuston kimi etnik baxımdan zəngin şəhərdə belə, ən kasıb məhəllələrin azlıqların yaşadığı yerlər olduğunu deyir.

Hyuston Şəhər Polis İdarəsinin rəisi Çarls Makkleland isə deyir ki, sosial şərait cinatəyin artmasına səbəb olur. “Həbslərin sayı, iqtisadiyyatdakı vəziyyət, işsizlik, bütün bunlar azlıqda olan və ya qaradərili gənclərə təsir edir.”

Maklelland ailələrin, icmaların, hökumətin və qanunun köməkliyi ilə polisin bütün bunların öhdəsindən gələcəyini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG