Cənubi Afrikanın kənd polis şöbəsinə çərşənbə günü edilən hücum zamanı beş polis əməkdaşı və bir əsgər öldürülüb.
Polis sözçüsünün verdiyi məlumata görə, silahlı şəxslər yerli vaxtla gecə yarısından qısa bir müddət sonra ölkənin cənub regionunda yerləşən Enqcobo kəndinin polis bölməsinə hücum edərək əvvəlcə üç nəfər polis əməkdaşını öldürüb.
Binaya daxil olduqdan sonra hücumçular binadan silahlarvə iki polis əməkdaşını oğurlayaraq polis avtomobili vasitəsilə qaçmağa müvəffəq olublar.
Qaçırılan polislər daha sonra yolun kənarında ölü tapılıb.
Ölkənin Polis Nazirliyi hücumu milli faciə adlandırıb.