Accessibility links

"Polisin maliyyələşdirilməməsi" tələbi nə deməkdir?


Afroamerikalı Corc Floydun ölümündən sonra keçirilən aksiyaların iştirakçıları "polisin maliyyələşdirilməsinin dayandırılması"nı tələb edir. Nümayişçilərin bu tələbi birləşdirici şüara və eyni zamanda, Donald Trampın cinayətlərə dair yumşaq mövqe göstərdiyi kimi təsvir etdiyi demokratlara qarşı istifadə etmək üçün bir alətə çevrilib.

Lakin polisin maliyyələşdirilməməsi heç də polis idarəsinin büdcəsinin kəsilməsi ilə əlaqəli deyil.

Bu hərəkatın tərəfdarları deyir ki, bu, polis idarəsinin ləğvi və ya onların pullarının tamamilə kəsilməsi demək deyil. Onlar indi polisin işində sistematik problemlərinə diqqət yetirilməsi və ABŞ-da ev və təhsil də daxil olmaqla icmaların ehtiyaclarına əlavə vəsait ayırması vaxtının gəlib çatdığını bildirir.

Ştat və yerli hökumətlər 2017-ci ildə polis idarəsinə 115 milyard dollar sərf edib.

"Prioritetlərimizin yenidən nəzərdən keçirilməsinə niyə baxmamalıyıq? Nəyə görə insanlar bu pandemiya dövründə küçələrdə olmalıdır? - deyə, NBC-nin Meet the Press proqramına müsahibə verən Black Lives Matter-in həmtəsisiçisi Alisia Qanza sual edib.

Fəallar bunun tədrici bir proses olduğunu qəbul edir.

"Minneapolisin polisdən azad edilməsi" üzərində işləyən MPD150 təşkilatı bildirir ki, maliyyələşmə, polis səlahiyyətinin ləğvi və icmaların təhlükəsizliyi, dəstəklənməsi və müdafiəsi sahəsində resursların strateji yerdəyişmələrə ehtiyac duyulur.

Təşkilatın veb səhifəsində "Böhranlara cavab verənlər yaxşı təchizatlı insanlar olmalıdır" - deyə, yazılıb.

Qanunvericilər nə deyir?

Senator Kori Buker bu şüarın arxasında duran hissləri anladığını, lakin bu şüardan istifadə edilməməli olduğunu bildirib.

Nyu-Cersidən demokrat senator NBC-nin "Meet the Press" proqramına deyib ki, nümayişçilərin amerikalıların hədsiz dərəcədə polis nəzarətində olduğuna dair fikirləri ilə bölüşür. Lakin o, bunun problemi həll etmədiyini, daha şəfqətli, daha sevən bir ölkədə olmalı olduğumuz bir halda vəziyyəti daha da ağırlaşdırır.

Kaliforniyadan demokrat nümayəndə, Konqresin Qaradərili Əhali Kokozunun sədri Karen Bass deyib ki, hərəkat pulların necə xərclənməsinin bir hissəsidir.

"Polis idarələnin ləğvinə inanmıram. Lakin şəhərlər və ştatlarda resursların hara xərcləndiyinə diqqət yetirilməli. Icmalara daha çox investisiyaayrılmalıdır" - deyə, nümayəndə CNN-ə bildirib.

Prezident Donald Tramp və onun təşviqat kampaniyası "polisin maliyyələşdirilməməsi" şüarını bir fürst qığılcımı kimi dəyərləndirir. Trampın eiraz aksiyalarına cavabı geniş tənqidlərə səbəb olub.

İndi onun tərəfdarları hesab edir ki, nümayişçiləri dəstəkləyən seciçilər radikal ideyadan uzaqlaşa bilər.

Tramp bu şüardan ötən həftə Meyndə keçirilən bir tədbirdə istifadə etmişdi.

"Deyirlər polisi maliyyələşdirməyin. Çox sağ olun. Mən deyəndə ki, polisə ehtiyac yoxdur, dedilər ki, sən danışırsan? İndi onlar biz polis istəmirik deyirlər. Polis istəmirsinizmi?' , preziden sual edib.

Trampın 2016-cı il kampaniyası qanun və nizam vədlərinə əsaslanırdı. İkinci dönəm prezidentlik uğrunda mübarizə aparan Tramp yenə eyni arqumenti yeritməyə hazırlaşır və "polisi maliyyələşdirmə" çağırışının tərəfdarları üçün təşviqat alqışları xəttini daha da gerçəkləşdirdiyinə inanır.

Polisin maliyyələşdirilməməsi həqiqiətən tələb edilsə

Bəli, azı böyük şəhərlədə onların büdcələri ixtisar edilə bilər.

Nyu-York şəhər meri Bill de Blasio deyib ki, şəhər polis idarəsinin büdcəsindən vəsaitin bir hissəsi sosial xidmətlər fonduna köçürülə bilər. Mer şəhərin təhlükəsizliyinin müdafiə ediləcəyini desə də, təfərrüata varmayıb.

Los Anceles meri Erik Qarçetti polis büdəcəsində 150 milyon dollarlıq vəsaitin ixtisar ediləcəyinə vəd verib.

Minneapolis şəhər şurasının üzvü tvit edərək yazıb ki, şəhər "ictimai təhlükəsizlik və fövqəladə hallara cavab" siyasətini yenidən nəzərdən keçirməlidir.

"Biz Minneapolis polis idarəsini buraxacağıq. Bunu etdikdən sonra dağılmışları yenidən bir yerə toplamayacağıq" - deyə, Ceremi Ellison yazıb. Lakin o, polisin nə ilə əvəz ediləcəyinə dair heç bir izahat verməyib.

Polis və Həmkarlar İttifaqları nə deyir?

Polis və həmkarlar ittifaqları polis büdcəsinin ixtisarinın əleyhinədir. Onlar hesab edir ki, bu, şəhərlərin təhlükəsizliyinin müdafiəsini zəiflədə bilər.

Los Ancelesin Polisin Müdafiəsi Liqası bildirib. ki, büdcə ixtisarı icmaların təhlükəyə atılmasının ən qısa yoludur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG