Accessibility links

Polis: Floridada hava limanında atışma terrorla əlaqədar ola bilər


Florida ştatının polisi cümə günü Fort Loderdeyldə atışmada mümkün terror izinin araşdırıldığını, lakin nəticə çıxarmağın hələ tez olduğunu bildirib.

Federal Təhqiqatlar Bürosunun (FBI) Mayami şöbəsində işlə bağlı təhqiqat aparan xüsusi agenti Corc Piro şənbə günü müxbirlərə deyib ki, polis "işdə terror izinə" diqqət yetirir. Lakin o bildirib ki, hələlik atışmanın motivinin terrorla əlaqədar olduğunu demək tezdir.

Piro hücumun səbəbinin əqli xəstəliklə əlaqədar ola bildiyini qeyd edib və şübhəliyə qarşı bu gün ittihamın irəli sürüləcəyini deyib.

"Biz təxminən 175 şahidlə müsahibə aparmışıq, video görüntüləri izləmişik, əşyayi dəlillərə baxmışıq və təhqiqatı bütün istiqamətlərdə davam davam etdririk"-deyə Piro bildirib.

Fort Loderdeyl hava limanında atışma baş verən zaman
Fort Loderdeyl hava limanında atışma baş verən zaman

Fort Loderdeyl hava limanı şənbə günü səhər yenidən açılıb. Məşğul hava limanlarından biri sayılan Fort Loderdeyl aeroportu cümə günü günortadan sonra baqaj alınan hissədə baş vermiş atışmadan sonra bağlanmışdı. Atışma nəticəsində beş nəfər həyatını itirib, altı nəfər yaralanıb.

Brovard dairəsinin şerifi Skot İsrael şənbə günü müxbirlərə deyib ki, yaralananlardan üçünün vəziyyəti yaxşıdır. Digər üç nəfər isə hələ reanimasiya şöbəsindədir.

Biz təxminən 175 şahidlə müsahibə aparmışıq, video görüntüləri izləmişik, əşyayi dəlillərə baxmışıq və təhqiqatı bütün istiqamətlərdə davam davam etdririk.

Hüquq-mühafizə orqanları Alyaskadan Floridaya səfər edən 26 yaşlı Esteban Santyaqonu şübhəli qismində saxlayıb. Xüsusi agent Pironun sözlərinə görə, Santyaqo hava limanına hücum törətmək məqsədilə gəlib, lakin polis onun Forrt Loderdeyl hava limanını seçməsinin xüsusi səbəblərini müəyyən edə bilməyib.

Pironun bildirdiyinə görə, şübhəli bir neçə saat sürən dindirmə zamanı təhqiqatla əməkdaşlıq edib.

Santyaqonun ABŞ-ın Milli qvardiyasının Puerto Rikoda keçmiş üzvü olduğu bildirilir. Keçən il o, əqli durumunun müayinə edilməsi məqsədilə könüllü olaraq xəstəxanaya müraciət edib. O deyib ki, İŞİD-ə qoşulmaq üçün ona çağırışlar edən müxtəlif səslər eşidir.

Esteban Santyaqo 2010 və 2011-ci illərdə 10 ay müddətində İraqda hərbi xidmətdə olub. Onun 2014-cü ildən keçən ilin avqust ayına qədər Alyaskada Milli qvardiyada xidmət göstərdiyi və qeyri-kafi xidmətə görə tərxis edildiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG