İngiltərədə Mancester hücumu ilə əlaqəli daha bir nəfər ələ keçirilib. Polis həbs edilənlərin 14 nəfər təşkil etdiyini bildirib.
Dünən 25 yaşlı və 19 yaşlı iki şəxs həbs edilib. Onların 22 nəfərin ölümü ilə nəticələnən hücumda əli olduğundan şübhələnilir.
Mançester şəhərində partlayış törədən intiharçı bomba hücumçusunun qardaşı və atası Liviyada həbs edilib. Bunu Liviya anti-terror qüvvələrinin sözçüsü Əhməd ben Salem bildirib.
O, intiharçı bomba hücumçusu olmaqda şübhələnilən Salman Abedinin kiçik qardaşı Haşimin Tripoli şəhərində həbs edildiyini deyib.
Bin Salemin Röyters agentliyinə bildirdiyinə görə, Salman Abedinin iki qardaşı onunla bu yaxınlarda əlaqə saxlayıb və Haşimin hücumla bağlı planlardan xəbəri olub.
Polis Mançesterdə reydlər keçirməyə davam edir.
Mançesterdə keçirilən konsertdə baş verən partlayış nəticəsində 59 nəfər yaralanıb.
Partlayış amerikalı müğənni Ariana Qrandenin konsertindən bir neçə dəqiqə sonra baş verib.