Accessibility links

Polis zabiti nümayişlərdə qadına qarşı qəddar rəftarına görə ittiham edilib


Nyu-York şəhərində qaradərili Corc Floydun ölümünə etiraz olaraq keçirilən nümayiş zamanı polisin qəddarcasına bir qadını itələdiyi lentə alınıb.

Vinsent D'Andraia cinayətkarlıq ittihamları qarşısındadır.

Ona qarşı mayın 29-da Dunya Zayer adlı qadının başının asfalta dəyərək, beyin zədələnməsi ilə xəstəxanaya çatdırıldıqdan sonra hücum, cinayətkar əməl, təqib və təhdid ittihamları irəli sürülüb.

Vəkil Erik Qonzalesin dediyinə görə, D'Andraia qarşı ittihamnamə bu gün oxunacaq. O, "lazımsız belə bir hücuma" görə təəssüfünü ifadə edib.

Polis zabitinin vəkillə təmin edilib-edilmədiyi bəlli deyil. 28 yaşlı zabitinin işi polis idarəsi tərəfindən ödənişsiz dayandırılmışdı.

D'Andraia-nın qadına qarşı qəddarlını nümayiş etdirən video Twitter-də milyonlarla dəfə izlənilib. Hadisə nümayişçilər və rəsmilərin qəzəbinə yol açıb.

Bu, Floydun Minneapolis polisinin əlində öldürülməsindən sonra ölkədə nümayişlərə səbəb olan polis davranışı ilə bağlı eyni narahatlığı doğurub.

Demokrat nümayəndə Hakim Ceffrison D'Andraia-nın işdən azad edilməsini və onun yanında olan, lakin bu zorakılığa qarışmayan polisin komandir təyin edilməsini alqışlayıb.

"Vətəndaşlara qarşı qəddarlığa yol verən zorakı polislər əməllərinə görə məsuliyyət daşımalıdır. Bunun ölkənin ən böyük polis idarəsində transformasiya dəyişikliyinin başlanğıcı olacağına ümid edirəm" - deyə, nümayəndənin bəyanatında vurğulanıb.

20 yaşlı Zayer isə ona qarşı qəddar hücumun hüquq-müdafiə orqanlarına inamsızlığı dərinləşdirə biləcəyini düşünür.

"Bu, səbəbli bir nümayiş idi. Polis insanları müdafiə etməli, onlara xəsarət yetirməkdən çəkinməlidir" - deyə, əlavə edib.

Nyu-York Polis İdarəsinin dinc nümayişçilərə qarşı rəftarı tənqidlərə səbəb olub.

Şəhər meri Bill de Blasio polisin hər bir qeyri-normal rəftarına dair istintaq aparılcağına vəd verib. Lakin o, eyni zamanda polis qəddarlığını yumşaltmağa çalışaraq, səxsən heç bir polisin dinc nümayişçilərə qarşı güc tətbiq etdiyini görmədiyini deyib. Mer polis işçilərinin təmkin nümayiş etdirdiyini də qeyd edib.

XS
SM
MD
LG