Accessibility links

Müstəqillik Günü münasibəti ilə təhlükəsizlik tədbirləri gücləndirilir


Amerikanın böyük şəhərlərində Müstəqillik Günü münasibəti ilə təhlükəsizlik tədbirləri gücləndirilir.

4 iyul bayram tədbirləri iştirakçılarının təhlükəslziyini təmin etmək üçün federal rəsmilər və hüquq-mühafizə orqanları bir araya gəlib.

Nyu-York şəhərində təşkil ediləcək atəşfişanlığı 3 milyondan artıq insanın izləyəcəyi gözlənilir.

Tədbirlərdə hər hansısa hücum olacağına dair heç bir əsas yoxdur. Lakin buna baxmayaraq şəhərə əks-terrorizm zabirləri və güclü silahlanmış polis cəlb ediləcək.

Vaşinqton

Vaşinqtonda da bayram tədbirlərinə yüz minlərlə insan qatılacaq. Kapitoli binası yaxınlığında konsert və atəşfişanlıq keçiriləcək.

Hücumlara dair heç bir şübhə olmasa da, şəhərə çoxsaylı polis qüvvəsi yerləşdiriləcək.

Boston

Boston polisi şəhərdə təşkil ediləcək bütün mərasimlərdə polisin iştirakı olacağını bildirib.

Federal Təhqiqatlar Bürosunun agentləri yerli hüquq-mühafizə orqanları ilə asayişi qoruyacaq.

Bostonun Çarls çayı ətrafına 500 mindən çox izləyici toplaşacaq.

İzdihamın monitorinqi məqsədi ilə dronlardan istifadə ediləcək.

XS
SM
MD
LG