Accessibility links

Takoma polis zabitini güllələyərək öldürən şəxs axtarışdadır


Vaşinqton ştatının Takoma polis zabitini güllələyərək öldürən şəxs axtarışdadır. Polis məişət zəminində baş verən zorakılıqla bağlı çağırıldığı yerdə bir neçə güllə yarası alıb.

Zabitin kimliyi bəlli deyil

Takoma Polis idarəsinin sözçüsü Loretta Kul bildirib ki, zabit xəstəxanada keçinib.

Polis işçisinin cəsədi onlarla həmkarlarının müşayiəti ilə xəstəxanadan tibbi ekspertizaya aparılıb.

Qarşıdurma davam edir

Dünən gecə satt 2 radələrində şübhəlinin gizləndiyi düşünülən ev polis işçiləri tərəfindən mühasrəyə alınıb.Takoma Polis idarəsinin sözçüsü Loretta Kul bildirib ki, bütün məhəllə bağlanıb və müxtəlif agentliklrin işçiləri problemi dinc yolla həll etməyə çalışır.

Sözçü yaralı polisi hadisə yerindən aparırkən kimliyi məlum olmayan şübhəlinin qaçdığının da ehtimal edildiyini bildirib.

Güllə səslərinə gələn digər polis işçiləri evə daxil olaraq, yaralı zabiti xəstənaya çatdırıb. Zabit əməliyyat zamanı dünyasını dəyişib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG