Accessibility links

Dallasdakı zorakılıqların irqi aspekti


Polis tərəfindən iki qaradərili kişinin güllələnərək öldürülməsindən sonra hadisə əleyhinə etirazlar zorakı hal alıb. Texasın Dallas şəhərində snayperlər 5 polis zabitini öldürüb 6-nı isə yaralayıb. Bu, ABŞ-da 11 sentyabr hadisələrindən sonra polis zabitlərinə qarşı ən ölümcül hücumdur.

Son iki ildə polisin qəddar rəftarının ardınca ölkədə zorakı etirazlar və iğtişaşlar baş verib.

Baltimorda nümayişçi yumruğunu düyünləyir. 27 aprel, 2015.
Baltimorda nümayişçi yumruğunu düyünləyir. 27 aprel, 2015.

2015-ci ilin aprel ayında polis nəzarəti altında olan zaman müəmmalı şəkildə onurğa sütunundan zərbə alması nəticəsində ölmüş 25 yaşlı Freddi Qreyin dəfnindən bir neçə saat sonra etirazçılar apteki yandırmış, polis avtomobillərinin işıqlarını qırmış və polis zabitlərini daşqalaq edərək Baltimorun bir hissəsində qarışıqlıq yaratmışdı.

Merilend qubernatoru ştatda fövqəladə vəziyyət elan etmişdi. Zorakılığın qarşısını almaq üçün şəhərə milli qvardiya yeridilmiş və qadağan saatı elan olunmuşdu. Mağazaların pəncərələrinin sındırıldığı və aptekin yandırıldığı iğtişaşlarda 6 polis zabiti yaralanmışdı.

Missurinin Ferquson şəhərində Maykl Braunun polis tərəfindən öldürülməsi də şəhərdə böyük etirazlara səbəb olmuşdu. İki həftə davam edən etirazlar zamanı milli qvardiya cəlb edilmiş, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilmişdi. Bu hadisələrdə də 6 polis zabiti xəsarət almışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG