Accessibility links

Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun iclası keçirilir


Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun iclası
Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun iclası

Prezident İlham Əliyev oktyabrın 23-də Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytında yayılan məlumata görə Əliyev iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu vurğulayan Əliyev iki ölkələnin bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirdiyini deyib.

Vladimir Kolokoltsev bildirib ki, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsi münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir.

İlham Əliyev və Vladimir Kolokoltsevi
İlham Əliyev və Vladimir Kolokoltsevi

Onun fikrincə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənədlər də hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün bir təkan rolu oynayıb.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycanda rəsmi səfəri davam edir.

Rəsmi məlumatlara görə o iki ölkənin sərhədyanı ərazilərində daxili işlər orqanlarının birgə fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin xüsusiləşdirilmiş İşçi Qrupunun növbəti iclasında iştirak edir.

Oktyabrın 23-də xüsusiləşdirilmiş İşçi Qrupun növbəti iclası işə başlayıb.

Azərbaycan daxili işlər naziri Ramil Usubov bildirib ki, “Sərhəd-Sipər” kompleks əməliyyat-profilaktik tədbirlərin keçirildiyi son beş il ərzində Azərbaycan tərəfindən 535 odlu silah, 43 min ədəd hərbi sursat aşkarlanaraq götürülüb, axtarışda olan 202, o cümlədən Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılan 85 nəfər tutulub.

Nazir beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki tərəfdən fəal əməliyyat-profilaktiki tədbirlərin həyata keçirilməsinin vacibliyini, bu istiqamətdə müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb.

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini bildirib.

Rusiyalı nazir hazırkı səfərinin beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağını deyib.

İclasda sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və birgə razılaşdırılmış səylərin səmərəliliyinin artırılması istiqamətində Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşlığının vəziyyəti, xüsusiləşdirilmiş İşçi Qrupun fəaliyyəti, 2019-2020-ci illərdə həmsərhəd ərazilərdə onun təşkilati-praktik tədbirlər planı, bu il keçirilmiş “Sərhəd-Sipər” kompleks əməliyyat-profilaktik tədbirlərinin yekunları müzakirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG