Accessibility links

Polisi qətlə yetirən şübhəli məhkəmə qarşısına çıxıb


ABŞ-da Texas ştatının ağ dərili hüquq-mühafizəçisini qətlə yetirməkdə şübhəli bilinən afro-amerikalı şəxs məhkəmə qarşısına çıxıb.

Şannon Mayls Harris Qraflığının şerif müavini Darren Qofortun qətlində ittiham olunur.

Rəsmilər deyir ki, polis zabiti Qofort yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq doldurarkən silahlı şəxs ona arxadan yaxınlaşaraq başının arxa nahiyyəsində güllə ilə vurub.

Harris Qraflığının şerifi Ron Hikman deyib ki, istintaq başladan təhqiqatçılar şübhəlinin qətli son zamanlar qara dərililər arasında ictimai qəzəbə səbəb olan polis zorakılıqlarına görə törədib-törətmədiyini müəyyən etməyə çalışır.

Onun sözlərinə görə, artan şəkildə qızışan ritorika nəzarətdən çıxıb.

"Biz qara dərililərin həyatları mühümdür sədaları eşidirdik. Amma hamının həyatı mühümdür, əlbəttə, polislərin də həyatı mühümdür. Niyə biz təsnifi çıxarıb sadəcə həyatlar mühümdür demirik".

Dünən keçirilən məhkəmə prosesində Maylsın ifadəsi alınmayıb, sadəcə hakim ona qarşı ittihamları sadalayıb. Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilib.

30 yaşlı şübhəli şəxsi daha əvvəl də cinayətlər törədib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG