Politico Aİ-nin daxili sənədinə istinadən yazır ki, Avropa İttifaqı Rusiyanın təxminən 68 milyard avro dəyərində aktivlərini dondurub və onların əksəriyyəti Belçikadadır.
Belçika 50 milyard avronu dondurub. dondurulmuş Rusiya aktivlərinin həcminə görə Lüksemburq ikinci yerdədir ki, bu da - 5,5 milyard avro təşkil edir. Nəşrin məlumatına görə, bu ölkələr İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransa ilə birlikdə dondurulmuş aktivlərin 90%-dən çoxunu təşkil edir.
Bu rəqəmə Rusiyanın milli ehtiyatları da daxildir, lakin redaksiyaya daxil olan sənəddə yalnız 33,8 milyard avroluq təxmini rəqəm göstərilir ki, “bu məbləğin qiymətləndirilməsi davam edir, ona görə də bu, nəzərə alınmır”.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ, Aİ və digər ölkələr sanksiyalar tətbiq edib, Rusiya və rus oliqarxların aktivlərini dondurub. Yayda ABŞ Maliyyə Nazirliyi rus oliqarxlarının və Rusiya Federasiyası Mərkəzi Bankının 330 milyard dollardan çox məbləğdə aktivlərinin bloklandığını elan edib.
ABŞ prezidenti Co Bayden ABŞ hakimiyyətinin rus oliqarxlarına qarşı tədbir görəcəyini bildirib. " “Biz onları topladıqları, Putinin kleptokratiyasına aid olan bu pullardan, dəbdəbəli evlərindən, daşınmaz əmlaklarından məhrum etmək üçün hər şeyi edəcəyik. Biz hər şeyi edəcəyik ki, oliqarx aktivlərini satarkən əldə olunan gəlir birbaşa Ukraynaya dəyən zərərin aradan qaldırılmasına yönəlsin" – deyə, Bayden qeyd edib.
Böyük Britaniya Rusiyanın fiziki və hüquqi şəxslərinin 20,5 milyard dollarlıq aktivlərini dondurub. Bu, sanksiyalara məruz qalanlara aiddir. Dondurulmuş aktivlərə şirkətlərdəki paylar və bank hesablarındakı pul vəsaitləri daxildir. Söhbət daşınmaz əmlak kimi fiziki aktivlərdən və ya Gernsi və Cersi adalarında yerləşən aktivlərdən getmir.