Accessibility links

Rəy sorğusu: Kral III Çarlz monarxiyanı aktual və gənc nəsillər arasında populyar saxlamaq problemi ilə üzləşir


Cümə günü Britaniyada Kraliça II Elizabetin ölümünün ilk ildönümü qeyd olunub. Rəy sorğuları onun sələfi Kral III Çarlzın monarxiyanı aktual və gənc nəsillər arasında populyar saxlamaq problemi ilə üzləşdiyini göstərir.

Kraliça II Elizabet 70 il Britaniya taxtında xidmət göstərib. O, ölkə daxilində və dünya boyu çox sevilən ikonik bir fiqur idi. Onun ötəl il sentyabrın 8-də vəfatı qəm-qüssəyə səbəb oldu.

“Məncə, Kraliça Elizabet bir ölkənin ruhunu təcəssüm etdirirdi… əgər hər hansı bir hökmdar bunu edə bilsəydi,” kral ailəsi üzrə analitik Riçard Firzvilyams bildirir.

Ölümündən sonra kraliçanın ən böyük oğlu Çarlz kral oldu, onun həyat yoldaşı Kamilla isə kraliça.

Onlar cümə günü Şotlandiyada, kraliçanın vəfat etdiyi Balmoraldakı kral iqamətgahının yaxınlığında özəl kilsə xidmətində iştirak ediblər. Kral Çarlz sosial mediada mərhum anasının daha öncə yayımlanmamış bir fotoşəkili ilə birlikdə öncədən yazılan bir səs yazısını paylaşaraq, onun xatirəsini yad edib.

“Biz onun uzun ömrünü, sədaqətli xidmətini və bir çoxumuz üçün etmək istədiyi hər şeyi böyük sevgi ilə xatırlayırıq,” britaniya monarxı Kral III Çarlz deyib.

Londa bir il öncə kraliçanın vəfatı ilə birlikdə durdurulan Vestminster abbatlığının zəngləri bu dəfə bütün şəhər boyu eşidilib.

Bəs 12 ay sonra Britaniya monarxiyasına münasibət necədir?

Bu həftə keçirilən rəy sorğuları britaniyalıların 62 faizinin kral ailəsini dəstəklədiyini göstərir. Ancaq ən gənc soğru iştirakçıları arasında bu rəqəm yalnız 30 faizdir.

“Sassekslərin Oprah ilə müsahibələrindən sonra onların 18-24 yaş qrupu arasında populyarlığı çox azalıb,” kral ailəsi üzrə analitik Riçard Fitzvilyams bildirib.

2021-ci ildə yayımlanan və Sasseks hersoqu və hersoginyası Harri və Meqanın kral ailəsi daxilində irqçiliyin olduğunu iddia etdiyi həmin müsahibən cütlüyün faktiki olaraq monraxiyadan atılmasına gətirib çıxarıb. Yanvar ayında Harri "Spare" adlı avtobioqrafik kitabında ailənin ünvanına əlavə tənqidlər yağdırıb.

Ancaq cümə günü xəstə uşaqlar üçün keçirilən xeyriyyə tədbirində çıxış edən Harri nənəsini isti hisslərlə yad edib.

“Mən bir il sonra bilirəm ki, o bü gün bizə baxıb, bir yerdə olduğumuza sevinir,” Sasseks hersoqu şahzadə Harri deyib.

Bu arada isə belə görünür ki, Kral III Çarlza dəstək sabitdir. Belə ki, insanların 59 faizi onun yaxşı iş gördüyünü deyir. Ancaq onu qarşıda çətinliklər gözləyir. Buna bir neçə keçmiş müstəmləkənin Britaniya monarxını dövlət başçısı vəzifəsindən uzaqlaşdırmağa dair çağırışlar daxildir.

“Belə görünür ki, krallıq onun hakimiyyəti başa çatdığında taxta çıxdığı zamanla müqayisədə daha kiçik olacaq. Ancaq bilirsiniz ki, Kraliça II Elizabetdə də belə idi. Məncə, bu, sadəcə olaraq təbii bir haldır,” Majesty jurnalından Co Little deyir.

Çarlz Britaniyanın iqtisadi cəhətdən çətin zamanla uyğun daha kiçik monarxiya yaratmağa ehtiyacın olduğunu bildirib. Ancaq analitiklər deyir ki, onun irəli sürdüyü model inqilab deyil, təkamülə bərabərdir.

Forum

XS
SM
MD
LG