Accessibility links

Araşdırma: Ətraf mühit bir nömrəli qatildir


Yeni araşdırmanın nəticəsi göstərib ki, ətraf mühitin çirklənməsi dünyada bir nömrəli qatildir. Belə ki, bu səbəbdən ölənlərin sayı müharibə, terrorizm, təbii fəlakətlər, siqaret və xəstəliklər səbəbindən ölənlərin sayından daha çoxdur.

"Lancet" tibb jurnalında dərc edilən araşdırmalarda deyilir ki, 2015-ci ildə istər açıq, istərsə də qapalı şəraitdə havanın çirklənməsi səbəbindən dünya boyu təqribən 9 milyona qədər insan ölüb ki, bu, hər 6 nəfərdən biri deməkdir.

Məsələn, Hindistanda yandırılan samanın zəhərli tüstüsü ölkənin milyonlarla sakininin yaşadığı paytaxda qədət çatır. Dehli dünya boyu ən çirkli şəhərlər siyahısında birinci sıralardadır.

Araşdırmanın müəllifi deyir ki, havanın çirklənməsi həyat, sağlamlıq, təhlükəsiz iş, uşaqların müdafiəsi kimi insanın ən həssas haqlarını təhdid edir.

Tədqiqat ətraf mühitin çirklənməsi səbəbindən ən çox insan ölümləri inkişaf etməkdə olan ölkələrdə baş veridyini göstərib. Müəlliflərin fikrincə, bu ölkələrin liderlərinı ətraf mühit problemindən çox iqtisadi problemlər maraqlandırır.

Banqladeş, Çin, Haiti, Hindistan, Pakistan, Şimali Koreya və Cənubi Sudan çirklənməyə ən çox məruz qalan ölkələrdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG