Accessibility links

Polşanın İsraildəki səfirliyində vandalizm törədilib


Polşanın baş naziri Mateuş Moravetski
Polşanın baş naziri Mateuş Moravetski

Polşanın baş naziri Mateuş Moravetskinin Holokostun "yəhidi cinayətkaları" haqda açıqlamasından sonra vandallar Polşanın Tel-Əvivdəki səfirliyinin girəcəyinə boya ilə svastika işarələri çəkib.

Polis məsələ ilə bağlı təhqiqata və səfirliyin darvazasına qraffiti və nalayiq sözlər yazanların axtarışına başlandığını bildirib.

Polşada nasist soyqırımının “Polşanın cinayəti” olduğunu deyənlərin cəzalandırılması ilə bağlı yeni qanun israillilərin hiddətinə səbəb olub.

Mübahisələr keçən şənbə günü Münhendə keçirilən Təhlükəsizlik Konfransında müxbirlərdən birinin Moravetskiyə “Polşada qonşularının onun anasının ailəsini nasistlərə təhvil verməsi haqda danışsa, onun da həbs edilə biləcəyi" haqda sual verməsindən sonra başlayıb.

İsrail liderləri Polşa liderinin şərhini dərhal qınayıb.

Polşa baş nazirinin sözçüsü Moravetskinin Holokostu heç bir halda inkar etməyə çalışmadığını bildirib.

II Dünya Müharibəsi zamanı yarıdan çoxu yəhudilər olmaqla, Hitler və nasistlər tərəfindən 6 milyona qədər polşalı qətlə yetirilib.

XS
SM
MD
LG