Accessibility links

Polşada məhkəmə islahatına etiraz


Polşa hökümətinin yeni məhkəmə islahatları qanununun müstəqilliyinə təhdid kimi görən minlərlə polyak bazar günü paytaxt Varşava da daxil olmaqla, bir neçə şəhərdə etiraz aksiyası keçirib.

Polisin verdiyi məlumata görə,Varşavada 4500-ə yaxın nümayişçinin iştirak etdiyi aksiyada etirazçılar əllərində Polşa və Avropa Birliyinin bayraqlarını tutaraq, demokratiya şüarları səsləndirib. Ölkənin digər şəhərlərində isə daha kiçik aksiyalar keçirilib.

İnsanlar toplaçaraq, binalarda şamlar yandırmaqla Ali Məhkəmənin və ümumilikdə 1989-cu ildə sülhpərvər inqilab nəticəsində əldə etdiyimiz Polşa ədalətinin azadlığına əlvida deyirlər. – bu sözləri Varşava sakini Marsin Rotkieviç söyləyib.

Keçən həftə qəbul edilən yeni qanuna əsasən məhkəmə hakimlərinin təyin edilməsində qanunvercilər əsas rol oynayacaq. Müxalif partiyaların və insan haqları qruplarının bildirdiyinə görə, bu dəyişikliklər hakimləri siyasi hərəkatın subyektinə çevirir.

Qanuna edilmiş dəyişikliklər Avropa Birliyi tərəfindən kəskin tənqid olunaraq, məhkəmə müstəqilliyinə müdaxilə kimi qiymətləndirilib.

Etiraz aksiyaları 2015-ci ildə hakimiyyətə gələn mühafizəkar və populist Hüquq və Ədalət partiyasına qarşı keçirilən aksiların sonuncusudur.

XS
SM
MD
LG