Accessibility links

İsrail yeni Polşa qanununa etiraz edir


İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, onun ölkəsi həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması və Holokostun danılmasına dözümlülük nüamyiş etdirməyəcək.

Netanyahu Polşada təqdim edilmiş Yəhudilərin Nasist soy qırımına Polşa cinayəti kimi istinad edən və ya Nasist ölüm düşərgələrinə Polşa ölüm düşərgələri kimi istinad edən hər bir kəsə qarşı cərimə və cəza vaxtı qanunun təsdiq edilməsinin əleyhinə çıxış edib.

İsrailin Xarici İşlər Nazirliyi bazar günü Polşanın ölkədəki səfirinə bununla bağlı etirazını bildirib.

“Həqiqət bundan ibarətdir ki, bir çox polşalı Nasistlərin yəhudiləri öldürməsinə, onların Nasistlərə təhvil verilməsinə kömək edib və özləri yəhudiləri öldürüb. Mənim ailəm Holokost zamanı məhv edilib. İkinci həqiqət isə budur ki, Polşa ərazisində almanlar tərəfindən əmək düşərgələri və ölüm düşərgələri yaradılıb və idarə edilib. Bunun üçün isə doğru terminologiya Polşa ərazisində Alman ölüm düşərgələridir, Polşa ölüm düşərgələri deyil” – deyə İsrailin Təhsil Naziri Naftali Bennett bildirib.

Bəzi ekspertlər yeni Polşa qanununa əsasən Holokostdan sağ qalanların çəkdikləri zülmlər haqda danışdıqlarına görə həbs edilə biləcəklərindən ehtiyat edir.

1939-cu ildə Nasist Almaniyası Polşanı işğal etdikdən əvvəl bu ölkə dünyada yəhudilərin ən sıx yaşadığı yerlərdən biri idi. Osvensim və Treblinka da daxil olmaqla Polşada yaradılmış ölüm düşərgələrində təxminən 3 min yəhudi öldürülüb.

Polşa özünü Nasist Almaniyasının təcavüzünə məruz qalmış ölkə hesab edir və Hitler və onun davamçıları tərəfindən burada törədilmiş cinayətlərə görə təqsirləndirilməsini rədd edir.

Polşa prezidenti Andrey Duda senat təsdiqləyərsə, qanunun həddindən artıq ciddiliyini anladığını və bu qanunu imzalamazdan əvvəl yaxından nəzrədən keçirəcəyini deyib.

XS
SM
MD
LG