Accessibility links

Respublikaçı senatorlar Pompeo və Haspellə bağlı fərqli fikirlərə sahibdir


ABŞ-ın iki respublikaçı senatoru prezident Donald Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi Mayk Pompeo və onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyi (CIA)-in direktoru vəzifəsinə nominasiya etdiyi CIA-in rəhbər müavini Gina Haspellə bağlı fikir mübadiləsi aparıb.

Əgər təsdiq olunsa Haspel CIA-in 70 illik tarixində ilk direktoru olacaq.

CNN kanalına verdiyi müsahibədə senator Lindsi Qraham həm Pompeo həm Haspelin Senat tərəfindən təsdiq olunacağını təxmin edib.

Həmçinin CNN-də çıxış edən Pol Pompeonun əleyhinə olduğunu deyib və onun bəzi ölkələrdə ABŞ-ın başçılığı ilə rejim dəyişikliyini dəstəklədiyini deyib. Rand həmçinin Haspelin CIA-in xarici ölkələrdəki gizli məkanlarında saxlanılan terror şübhəlilərinə qarşı edilən işgəncələrlə əlaqəsi olduğunu bildirib.

O deyib ki, bu iki namizədin respublikaçıların 51-49 fərq ilə üstünlüyə sahib olduğu Senatda təsdiq olunmasının qarşısını almaq üçün “əlindən gələni edəcək.” Pol lazım olsa, filibaster adlı prosedura əl atacağını deyib.

Qraham Haspeli “yüksək kvalifikasiyası” olan namizəd adlandırıb, amma eyni zamanda onun keçmişdə 2001-ci ildə Birləşmiş Ştatlara edilən hücumlardan sonra terro şübhəlilərinə qarşı “sərt dindirmə üsullarına” dəstəklədiyini də dilə gətirib. CIA artıq bu cür dindirmə üsullarının tətbiqinə icazə vermir.

Gina Haspel
Gina Haspel

“Mən ümid edirəm ki, o buna icazə verilmədiyini qəbul edəcək,” Qraham deyib.

Pol Tramp onu CIA direktoru təyin etmədən öncə kanzaslı konqresmen olan Pompeonun ötən həftə Trampın işdən çıxardığı Reks Tillersonu əvəzləyəcək ölkənin ən yüksək vəzizfəli diplomatı olmağa yaramadığını deyib.

“Məncə biz rejim dəyişikliyi siyasətini təbliğ etməməliyik,” Pol söyləyib.

Haspellə bağlı isə Pol deyib ki, Amerika işgəncəni müdafiə etmir. İşgəncə totalitarların əl atdığı üsuldur.”

Pol Haspelin CIA-in Taylanddakı “qara məkanına” başçılıq etdiyini və daha sonra dindirmələrin video sübutunu məhv edilməsində oynadığı rolunu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG