Accessibility links

Mike Pompeo Səudiyyə Ərəbistanının neft istehsalı obyektlərinə dron zərbəsi vurmaqda İranı günahlandırır, İran inkar edir


ABŞ dövlət katibi Mike Pompeo İranı Səudiyyə Ərəbistanının neft istehsalı obyektlərinə 10 dron zərbəsi vurmaqda günahlandıraraq, Tehranın qlobal enerji tədarükünə "misli görünməmiş hücum" etdiyini deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın iddiasını rədd edərək, bunu mənasız adlandırıb.

İnqilab Qvardiyasının komandiri İslam Respublikasının "tam hüquqlu" müharibəyə hazır olduğunu və ABŞ-ın hərbi aktivlərinin İran raketlərinin əhatəsində olduğunu deyib.

Yəmənin Husi üsyançılarının dronları Səudiyyə Ərəbistanında Saudi Aramco-nun idarə etdiyi dünyanın ən böyük neft emalı zavoduna hücum edib və qlobal enerji ehtiyatı üçün mühüm bu zavodda böyük yanğına səbəb olub.

Buqyaq və Xurasi neft yataqlarına hücunlar zamanı yaralananların olub-olmadığı və yanğının krallıqda neft hasilatına hansı təsirləri olacağı bilinmir. Hücumun ABŞ-la İran arasında İranın dünya qüdrətləri arasında əldə olunana nüvə razılığı ilə bağlı mübahisənin getdiyi bir vaxt İran Körfəzi regionunda gərginliyi artıracağı güman edilir. Səudiyyə Ərəbistanının Yəməndə Husilərə qarşı müharibəsində onları İran dəstəkləyir.

Buqyaqda çəkildiyi deyilən onlayn videolarda arxa planda silah səsləri eşidilir. Səmanı tüstü bürüyür və Abqaiq neft emalı zavodunda alovların çıxdığı göstərilir.

Daxili İşlər Nazirliyi bəyanatında bildirib ki, yanğın dronların zavodları hədəf alması nəticəsində başlayıb. Bəyanatda həmçinin hücumla bağlı istintaqıq aparıldığı bildirilib.

XS
SM
MD
LG