ABŞ dövlət katibi Mayk Pompeo Bəhreyn rəsmiləri ilə körfəz ölkələrinin birliyi və İranın regiondakl mənfi təsirinin qarşısının alınmasının vacibliyini müzakirə etdiyini deyib.
Pompeo Manamada Bəhreyn şahzadəsi Salman Bin Həmad Əl-Xəlifə ilə görüşüb.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Pompeo daha sonra Əbu Dabidə Birləşmiş Ərəb Əmirliyi və İsrailin imzaladıı razılığı müzakirə etməlidir.
Onun BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla Bin Zayed Əl Nəhyan ilə görüşü planlaşdırılıb.
İsrail və BƏƏ avqustun 13-də iki ölkə arasında diplomatik münasibətlərin tam normallaşmasına dair razılıq əldə etdiklərini elan edib. Razılaşma ABŞ-ın fəal vasitəçiliyi sayəsində əldə edilib.
Sənədlərə əsasən, İsrail rəhbərliyi İordan çayının qərb sahilində fələstinlilərin gələcək dövlətin bir hissəsi kimi görmək istədiyi bəzi ərazilərin ilhaqı planlarını dayandıracaq.
Birləşmiş Ərəb Əmirlikləri körfəz bölgəsində İsraillə aktiv diplomatik münasibətlər yaradan ilk dövlətdir. Bundan öncə rəsmi Əbu Dabi yəhudi dövlətinin mövcudluğunu tanımırdı.
Pompeonun bu həftə çoxmillətli səfəri Tramp administrasiyasının ərəb ölkələrinin İsraillə münaisbətlərinin normallaşdırılması iqtiqamətində atdığı addım çərçivəsində həyata keçirilib.
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun dediyinə görə, avqustun 25-də ABŞ dövlət katibi Sudanın Suverenlik Şurasının baş katibi Əbdel Fəttah Əl-Burhanla İsrail-Sudan əlaqələrinin dərinləşdirilməsinə dair müzakirələr keçirib.
Ortaqus deyib ki, tərəflər həmçinin Sudanın mülki keçid hökumətinə hərbi dəstəyin vacibliyi və bu ölkənin demokratiya yolunda irəliləməsinin mühümlüyünü gündəmə gətirib.
Bundan bir gün əvvəl dövlət katibi Mayk Pompeo digər ərəb xalqlarının İsraillə diplomatik münasibətlər qurmaqda Birləşmiş Ərəb Əmirliklərindən nümunə götürəcəyinə ümidini ifadə edib.
Qüdsdə İsrailin Baş Naziri Benyamin Netanyahu ilə birlikdə açıqlama verən Pompeo daha çox xalqın bu addımı atacağı təqdirdə həm Yaxın Şərqdə sabitliyin möhkəmlənəcəyini, həm də həmin ölkələrdə insanların rifah halının yaxşılaşacağını qeyd edib.
Avqust ayının əvvəlində İsrail-BƏƏ sövdələşməsinin baş tutması üçün Amerika Birləşmiş Ştatları köməklik edib. Netanyahu bu sövdələşmənin region üçün yeni era başlatdığını vurğulayıb.
O, "radikallara qarşı müttəfiqlər ittifaqı" adlandırdıqlarını əsas gətirərək digər dövlətlərlə barışıq perspektivindən danışıb.
Netanyahu həmçinin Tramp administrasiyasına nüvə proqramını məhdudlaşdıran 2015-ci il müqaviləsi çərçivəsində aradan qaldırılmış İrana qarşı beynəlxalq sanksiyaların geri qaytarılması təşəbbüsünə görə minnətdarlığını bildirib.
Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan müqavilədən çıxdığı üçün Britaniya, Fransa və Almaniya da daxil olmaqla, imzalayan tərəflər ABŞ uzaqlaşdığı üçün sanksiyaları dəstəkləyə bilmədiklərini deyib.
Pompeo həmçinin bazar ertəsi İsrailin Müdafiə Naziri Benni Qantz və Xarici İşlər Naziri Qabi Aşkenazi ilə görüşüb.